Professorlar üz-üzə!  - “Özü heç nə bilmir, durub belə iddialar səsləndirir”- Fikirlər haçalandı!  

BDU-nun professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli “Facebook”dakı paylaşımında ölkəmizdə müəssisələrə verilən adlara diqqət çəkib. O bildirib ki, bu adların bəziləri tamamilə məntiqsizdir:

“Görəsən, müəssisələrə belə məntiqsiz adları kim qoyur:  məsəl üçün Azərbaycan Neft və Sənaye Universiteti. Neft məgər "sənaye" anlayışına daxil deyilmi? Bu məntiqlə AMEA-nın Kimya İnstitutuna "Kimyəvi İnstitut", Fizika İnstitutuna "Fiziki İnstitut", Tarix İnstitutuna "Tarixi İnstitut"... deməliyik?”

 Dilçi alim,filologiya elmləri doktoru, professor Adil Babayev  N.Əhmədlinin müəssisə adları ilə bağlı fikrinə münasibət bildirib. O bu barədə “Sherg.az”a danışarkən deyib ki, neft  sənaye anlayışı təkcə neftdən ibarət deyil:

 “Orda geoloji kəşfiyyat var. Dağ mədən sənayesi də öyrənilir. Neft və sənaye birgə öyrənildiyi üçün bu ad elə indiki şəkildə də olmalıdır. Yalnız nefti öyrənən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) adı onsuzda var”.  

A.Babayev digər tərəfdən professorun Kimya İnstitutuna kimyəvi instut deməsinə aydınlıq gətirib:

 “i (-vi) şəkilçisinin mahiyyətinə görə bu o demək olur ki, həmin müəssisə kimyadan düzəldilib, hörülüb. Bu ad  elə Kimya İntitutu olaraq qalmalıdır. O  burda nəyə etiraz edir anlaya bilmirəm . O özü heç nə bilmir, durub belə iddialar səsləndirir”.