“Putin və ətrafı uduzublar”  

Rusiyanın “Roskomnadzor” xidməti “Exo Moskva” radiostansiyası və “Dojd” telekanalının resurslarına girişi məhdudlaşdırıb. Qərarın Baş Prokurorluğun müraciəti əsasında, xüsusən də Ukraynada keçirilən hərbi əməliyyatlar zamanı dəfələrlə yalan məlumatların yayılması halları ilə bağlı qəbul edildiyi bildirilib. 

Xatırladaq ki, "Exa Moskva" və "Dojd" müharibəyə qarşı idi.

Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı  bu barədə “Sherg.az”a danışarkən bildirib ki, bütün normal adamlar kimi “Dojd”və “Exo Moskva”nın jurnalistləri də müharibənin əleyhinə idilər: 

“Doğru olan da budur. Dəvəquşu başını səhrada quma salıb bədənin başqa əzalarından xəbəri yoxdur. Hazırda Rusiyada bu proses gedir.“Exo Moskva”nın onsuzda bir yanı hökumətə bağlı idi. Mən onların reportajlarına baxmışam. Onlar sadəcə olaraq normal fikirləri balanslaşdırılmış şəkildə verirdilər”.

  E.Şıxılının fikrincə, Putin və onun ətrafındakılar bu kanalların fəaliyyətini dayandırmaqla həqiqətləri gizlədə biləcəyini düşünürlər:

“Digər tərəfdən Putin öz əhalisinin etirazından qorxur. Hazırda da Rusiyada etiraz aksiyalarında saxlanılan yüzlərlə insan var. Rəsmi Moskva belə addımlar atmaqla öz xalqını bir az da hiddətləndirir”. 

Baş yazarın qənaətincə, Rusiya bundan sonra Ukraynada hərbi qələbə qazansa da, Putin və onun ətrafı artıq uduzublar”.