Rusiyanın hərb sistemi çöküb! – “90 -cı illərin əsgər payı, partlamayan sursatlar...

Sosial şəbəkələrdə Rusiya ordusunun zəbt etdiyi Ukrayna şəhərlərindəki  mağazalara, supermarketlərə hücüm etdiyini əks etdirən videogörüntülər yayılıb. Hətta video süjetlərin birində rus əsgərin  90 - cı illərdə hazırlanmış əsgər yeməyindən istifadə etdiyi görünür. 
Görüntülər açıq-aydın  Rusiya ordusunun maddi - texniki təchizatının zəifliyindən xəbər verir. Hazırda xarici kəşfiyyat orqanları da məsələni diqqətdə saxlayır.

Tanınmış araşdırmaçı jurnalist Arif Əliyev bu haqda “sherg.az”a danışarkən bildirib ki, Rusiyanın Ukraynaya hücumunun ilk günlərindən belə görüntülərlə rastlaşırıq: 

“Hətta bəzi rus zabitlərinin də  mövcud durumdan narazılığını eşidirik.Rus əsgərlərinin komandirləri  onların payını  yeyib, onlara keyfiyyətsiz məhsul verirsə, bu o demək deyil ki, onlar Ukrayna torpaqalarında soyğunçuluqla məşğul ola bilərlər.

Heç kim özgə torpağına gəlib, əlavə ərazilər tutub üstəlik orda əlinə keçəni çapıb-talamaq kimi bir hüquqa sahib deyil. Deyən lazımdır ki, ay rus əsgəri, sənin orda nə ölümün var ?! Hələ belə əməllərində özlərinə haqq da qazandırıblar”.

A.Əliyevin fikrincə, bu sadəcə  rus ordusunun maddi təchizatında olan problemlə bağlı deyil:

"Əsas məsələ bütün ordu strukturunun çürüklüyüdür. Eyni zamanda burda korrupsiyanın yüksək olması fakı var. Rusiyanın hərbi sahəsində  ciddi problemləri var. İkinci Qarabağ savaşında ermənilər tərəfindən müxtəlif  ərazilərimizə atılan partlamayan rus sursatları rəsmi Moskvanın  çökmüş  hərb sisteminin ən bariz göstəricisi idi”.