“Qərb Saakaşvilini yenidən hakimiyyətə gətirə bilər” - ŞƏRH

“Qərb indi Rusiyanın tam zəifləməsini gözləyir”

“Bu baş versə, rəsmi Moskva Saakaşvilinin də hakimiyyətə qayıdışını əngəlləyə bilməyəcək”


Rusiyanın Ukraynaya  işğalçı hücumuna ilə əlaqədar dünyanın müxtəlif  ölkərində Ukraynaya dəstək aksiyaları keçirilir.Belə aksiyaların geniş vüsət aldığı ölkələrdən biri də Gürcüstandır.Dünən paytaxt Tbilisində parlamentin binası qarşısında quraşdırılmış monitorlarda telekörpü vasitəsilə Ukrayna  dövlət başçısının müraciəti yayımlanıb. Müraciəti Ukraynaya dəstək aksiyasının iştirakçıları alqışlarla qarşılayıblar.

Siyasi şərhçi Azər Rəşidoğlu Gürcüstandakı hadisələrin hazırkı gedişatından “sherg.az”a danışarkən bildirib ki,Kremlin hədəfində olan ölkələrdən biri də Gürcüstandır: 

“Cənubi Osetiya və Abxaziyaya Tiflis nəzarət edə bilmir. İndi həmin ərazilər rusların nəzarətindədir. Separatçı rejimlər Kremlin əsas gücüdür. “DXR”, “LXR”, Dnestryanının separatçı rejimi, Qarabağda hələ də sağ qalan separatçıların tör-töküntüləri, Baltikyanı ölkələrdəki rusdilli əhali Moskva üçün casus şəbəkəsidir. Gürcüstana nəzarət mühümdür”.

 Analitikin fikrincə, hazırda Qərb dirəniş göstərə bilsə, bu dalğada Rusiyanın qatı əleyhdarı olan Saakaşvilini yenidən hakimiyyətə gətirə bilər:

 “Belə olduqda,Rusiyanın Qafqazda təsiri əsaslı dərəcədə sarsıla bilər”. 

A.Rəşidoğlu vurğulayıb ki,Azərbaycan Orta Asiyaya çıxışdır və bizim ölkəmiz də Kremlin işğal planlarında risk qrupundadır:

“Ruslar Xəzərə də nəzarət əldə etmək istəyirlər. Bu baxımdan Rusiyanın Qara dəniz,  Xəzər dənizi uğrunda savaşı qaçılmazdır”. 

Analitikin qənaətincə, Ukraynada savaş uzanarsa, Rusiya ağır sanksiyalarla uzağı 6 ay supergüc statusunu qoruya bilər:

“Bəlkə də Qərb indi Rusiyanın tam zəifləməsini gözləyir. Bu baş versə, rəsmi Moskva Saakaşvilinin də hakimiyyətə qayıdışını əngəlləyə bilməyəcək.