Məşum olay! - Gənc qadını hissələrə ayırdılar... – “Bu, qadın cinayətinə oxşamır”

Ötənlərdə Qəbələ rayonunda zibil yeşiyindən gənc qadının hissələrə ayrılmış meyiti tapılıb.Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılıb. Nəticədə meyitin1999-cu il təvəllüdlü Aytac Əliyevaya məxsus olduğu müəyyən edilib.Aparılmış  araşdırmalarla Qəbələ rayonu ərazisində Kemale Maksumbekovanın 2008-ci il təvəllüdlü azyaşlı oğlu ilə birlikdə şəxsi münasibətlər zəminində A.Əliyevanın baş nahiyəsinə daşla xəsarət yetirdikdən sonra yapışqanla baş və boyun nahiyəsini bağlaması nəticəsində boğularaq ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.Kemale Maksumbekova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova  hadisə ilə bağlı “Sherg.az”a danışarkən bildirib ki, belə bir əməl törətmək üçün ağır qatil olmaq lazımdır və bu qadın cinayətinə oxşamır:

“Məsələ ilə əlaqədər hansısa fikir söyləmək  həqiqətən çətindir. Bir var adi qətl, bir də var planlı şəkildə törədilmiş. Hələ uşağın da bu işə cəlb olunması ikinci bir dəhşəhdir. Biz övladlarımızı hər cür travmadan qoruyuruq. Uşağın prosesdə iştirakı onun psixologiyasında da ciddi fəsadlara yol açıb.Azyaşlının anası tərəfindən belə bir cinayətə cəlb olunması bizdə cinayətin bir qadın tərəfindən törədilməsinə dair şübhələri daha da artırır”. 

M.Zeynalovanın fikrincə, hadisənin məzmununa diqqət etmək lazımdır:

 “Cəmiyyətdə şayiələr gəzir ki, cinayəti törədən qadın öldürülən  şəxsin  ərinin sevgilisinin  rəfiqəsi olub. Kişinin  sevgilisi bunu etmiş olsa, ən azından deyərdik ki,qısqanclıq zəminində edib.Amma ərin sevgilisinin rəfiqəsi bunu niyə etsin axı?! Həqiqətənmi aramızda bu cür psixi problemli insanlar var.Mən cinayətkara bəraət qazandırmıram və heç bir cinayətin də cəzasız qalmasının tərəfdarı deyiləm. Amma bu prosesdə olduqca sual doğuran məqamlar var.Hər halda istintaqın nəticələrini gözləmək  lazımdır”.