Zaxarova:“Rusiya və Ukrayna razılığa gəlib”

Rusiya və Ukrayna Çernobıl Atom Elektrik Stansiyasının (AES) birgə mühafizəsi ilə bağlı razılığa gəliblər. 

“Sherg.az” rus mediasına istinadən xəbər verir ki,  bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib:

 “Rusiya hərbçilərinin Çernobıl AES-ə nəzarəti ələ keçirməsi onun təhlükəsizliyinə xələl gətirməmək üçün həyata keçirilib. Stansiyanın mühafizə batalyonunu ilə Ukrayna bölməsinin hərbçiləri  enerji bloklarının birgə təhlükəsizliyinə dair razılığa gəlib”.

M.Zaxarova  Moskvanın Ukraynadakı digər nüvə obyektlərinin mühafizəsi və təhlükəsizliyində Kiyevə kömək etmək niyyətində olduöunu söyləyib. Diplomat vurğulayıb ki, enerji obyektlərinə hücumlara gəlincə, buna görə məsuliyyət tamamilə Kiyev və Vaşinqtonun üzərinə düşür.