ABŞ və Ukraynanın “B” planı! – “Rusiyanı çıxılmaz hala salmaq...”



Rusiya hazırda  fevralın 24-dən  Ukraynaya qarşı başlatdığı işğalçı hücumu davam etdirir. Hadisələrin gedişatında son olaraq  martın 29-da Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüş baş tutub.Martın 30 -da  isə Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Co Baydenlə telefonla danışığı olub. Bir saat davam edən görüşdə liderlər, gücləndirilmiş yeni sankisiyalar paketindən, makro-maliyyə və humanitar yardım haqqında müzakirələr aparıblar.

Rusiya-Ukrayna cəbhəsində baş verən son hadisələri siyasi şərhçi Turab  Rzayev  “Sherg.az”a şərh edib: 

“İndi hər iki tərəf sülh əldə etməyə çalışır.Rusiyanın qarşısını almaq, ölkəsini dağıntılardan qorumaq, hərbi itkilərin qarşısını almaq üçün Ukraynaya təcili sülh lazımdır. Çünki müharibə Ukrayna ərazisində gedir. Digər  tərəfdən Rusiya istədiyini hərbi nəticə ilə əldə edə bilmədiyinə görə sülh vasitəsilə Ukrayna üzərinə bir sıra öhdəliklər qoymaq istəyir. Rəsmi Moskva  gördü ki, Rusiyanın əməliyyatları davam etdirməsi üçün heç bir halda  resusları, həm texniki, həm  də maddi imkanları yoxdur. Hazırda Rusiya və Ukrayna  münaqişənin gedişatında əlavə üstünlük qazanmağa çalışır”.

Analitik martın 30 -da   Ukrayna və ABŞ liderləri arasında baş tutan telefon görüşməsinə  diqqət çəkib:

 “Zelenski bir tərəfdən müharibəni dayandırmağa çalışsa da,d igər tərəfdən müharibənin gedişatında da əlavə olaraq ABŞ və NATO-dan mümkün dəstək almağa çalışır. O, aldığı dəstək sayəsində  pozitivə köklənib müdafiə qabilliyyətini daha da artırmaq və lazım gəldikdə Rusiyaya qarşı silahlı müqavimət göstərmək istəyir. Digər tərəfdən bu üsulla diplomatik sahədə də güclənməyi  düşünür. ABŞ isə Ukraynaya daha çox yardım etməklə Rusiyanı çıxılmaz hala salmaq niyyətindədir. Rəsmi Moskva artıq Ukraynaya nə tam hücum etmək, nə də geri çəkilməklə bağlı qərar verə bilir. Görünən odur ki, Ağ Ev rəhbəri hazırda rəsmi Moskvanın fikrini dəqiqləşdirməyə çalışır. Ona görə  liderlərin Rusiyaya qarşı ortaq addım atmaq üçün verdiyi qərarlar gündəmdə bir-birini izləyir. İndi onlar Rusiyanın mövqeyindən asılı olaraq  müxtəlif istiqamətdə qərarlar qəbul edə bilərlər”.