Ermənistan bütün mina xəritələrini Azərbaycana verib? – AÇIQLAMA

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfransın açılışında çıxışı edib. O,qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş əraziləri dünyada ən çox minalarla çirklənmiş ərazilərdən biridir : “Ermənənilər ərazilərimizdə ağac yerinə minalar basdırıblar.Həmin Minaların partlaması nəticəsində həm hərbçilər, həm mülki insanlar həlak olub, yaralanıb.Təəssüflər olsun ki, Ermənistan tərəfindən təqdim edilən mina xəritələrinin yalnız 25 faizi faydalı olub”,

Hərbi ekspert Ədalət Verdiyev məsələ ilə bağlı “Sherg.az” danışarkən bildirib ki, belə qeyri-dəqiq xəritələrin Azərbaycana verilməsi artıq heç nəyi dəyişmir:

“Çünki biz qeyri-dəqiq xəritələrə istinad edə bilməyəcəyiksə, o xəritələrə görə fəaliyyətimizi optimallaşdıra bilməyəcəyiksə onların verilməsinin bir mənası da qalmır. Hazırda Ermənistan tərəfi əlində olan bütün mina xəritələrini Azərbaycana      verdiyini  iddia edir. Onların yaralılıq səviyyəsi  bizdə ciddi təəssüf doğurur”.

 Ə.Verdiyevin fikrincə, rəsmi İrəvan iki məqsədlə bu cür saxta mina xəritələrini Azərbaycan tərəfinə verə bilər:

 “Əvvəla Ermənistan  belə  xəritələrlə Azərbaycan tərəfini yanlış istiqamətə yönəldərək daha çox itkilər verməsini istəyir. Digər tərəfdən isə Ermənistanın əlində olan xəritələrin müasir vasitələrlə, o cümlədən, GPS- lərlə dəqiqləşdirilməsi aparılmadığı üçün onların düzgünlük dərəcəsi çox aşağıdır. İstənilən halda birinci variantın doğruluq payı daha yüksəkdir”.