Araz Əlizadə:“Zelenskinin hakimiyyətdə qalması mümkün olmayacaq”

Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində bildirib ki,dünya işğalçıların Ukraynanın cənubundakı Xerson və Zaporojye bölgələrindəki fəaliyyətlərinə reaksiya verməlidir.Onun sözlərinə görə, işğalçılar Donbası yer üzündən silmək istəyirlər : “Onlar  Mariupolu məhv elədikləri kimi, Donbası da məhv etmək niyyətindədirlər”.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə  bu barədə “Sherg.az”a danışarkən bildirib ki, hazırda  rus ordusunun Donbası məhv etmək fikri yoxdur:

“İndi rus ordusu tərəfindən Donbasın “azad olunması” prosesi həyata keçirilir.Ukrayna quldurlarının, millətçilərinin bir qüvvəsi qalıb “Azovstal” zavodunda gizləniblər.Onların sayı təxmini iki mindən dörd minə qədərdir və aralarında xarici muzdlular da var. Ukraynadan Müxalifət Platformu Partiyası Siyasi Şurasının sədri Viktor Medvedçuka tapşırıblar ki, həmin muzduları onunla dəyişməyi təklif etsin.Rusiya əlbəttə ki,buna razı olmayacaq.Çünki Medvedçuk Ukrayna vətəndaşıdır”.

A.Əlizadən düşünür ki, “Azovstal”dakı qüvvələr məğlub olandan sonra ruslar Donbas və digər rayonları da “azad edəcəklər”:

 “Sonra Rusiya tərəfindən Ukrayananın  azad olunması başlanacaq.Putin deyib ki, Ukrayna silahsızlaşdırılmalı və nasistlərdən təmizlənməlidir.Ona görə Zelenskinin hakimiyyətdə qalması mümkün olmayacaq”.