İspaniya intiharların qarşısını almağın YOLUNU TAPDI!- NECƏ?

İspaniyada Səhiyyə Nazirliyi son illərdə artan intiharların qarşısını almaq üçün pulsuz təcili yardım xətti yaradıb.
"Sherg.az" xəbər verir ki, gündə orta hesabla 11 nəfərin intihar etdiyi İspaniyada səhiyyə naziri Karolina Darias bildirib ki, artıq səssizlikdən müzakirəyə,müzakirədənsə hərəkətə keçmək lazımdır: 
"İntihar gizli bir dramdır və onu aradan qaldırmaq lazımdır".Səhiyyə naziri Darias, epidemiya və iqtisadi böhranla daha da şiddətlənən intiharların cəmiyyət üçün "susdurulmuş təhlükə" olduğunu və bunun dayandırılması lazım olduğunu vurğulayıb: "İspaniyada hər gün 220 nəfər intihara cəhd edir və onlardan 11-i həyatına son qoyur.  2021-ci ildə intiharlarda əvvəlki ilə nisbətən 7,5 faiz artım olub". 
Məlumata əsasən,həftənin 7 günü 24 saat xidmət göstərəcək telefon xətlərində mütəxəssis psixoloqlar çalışacaq.Şəxsi hüquqlara hörmət edən və telefon hesablarında görünməyən bu şəxsi söhbətlər məxfi saxlanılacaq və təcili müdaxilə ediləcək. 

Mənbə: trthaber