"Google"da axtarış zamanı işlərinizi asanlaşdıracaq MÜHÜM MƏSLƏHƏTLƏR

"Sherg.az" xarici mediaya istinadən "Google"da axtarış zamanı işlərinizi asanlaşdıracaq məsləhətləri təqdim edir: 
1. Hər hansısa bir kəlimənin anlamını bilmək istəyirsinizsə qarşısına "define"yazaraq axtarış edin. Məsəl üçün: "define marketing"
2. Bildiyiniz konkret sayta bənzər sayt axtarırsınızsa, onunla əlaqəli saytlardan istifadə edin.  
3. Dəqiq bir ifadəni axtarırsınızsa həmin ifadəni dırnaq arasında yazın. Məsəl üçün: "mühəndislərin maaşı" 
4. Axtarış nəticələrində görmək istəmədiyiniz söz varsa, istisna etmək istədiyiniz sözün önünə "-" qoyun.
5. Axtarışınız üçün xüsusi fayl növünə ehtiyacınız varsa,həmin sözdən sonra fayl növü etiketindən istifadə edin.Məsəl üçün: fayl növü-PDF
6. Axtardığınız hər hansısa bir cümlədə unutduğunuz söz varsa onun yerinə "*" işarəsi qoyun. Məsəl üçün: İgid odur **düşə atlana.