Eyfel qülləsi paslanıb: rənglənməsinə 60 milyon avro lazımdır

Fransanın paytaxtı Parisin simvolu olan Eyfel qülləsi paslanıb.
“Sherg.az” NTV-yə istinadən xəbər verir ki, Fransanın "Marianne" jurnalının yaydığı hesabatlara görə, Eyfel qülləsində böyük ölçüdə paslanmalar meydana gəlib. Bu səbədən yenidən rənglənməsinə ehtiyac var.

"Marianne" jurnalına danışan ekspertlər abidənin pis vəziyyətdə və pasla dolu olduğunu bildiriblər. Adını açıqlanmayan Eyfel idarəçisi “Qustav Eyfel qülləni ziyarət etsəydi, infarkt keçirərdi” deyə əlavə edib.

2024-cü ildə keçiriləcək Paris Olimpiyadası səbəbindən yenidən rənglənəcək Eyfel qülləsinin xərci 60 milyon avro olacağı bildirilib. Qüllənin yenidən rənglənməsinin turistlərin üzünə bağlanması demək olduğunu bildirən idarəçilər, turizm gəlirlərinin itkisinin böyük olacağını vurğulayıblar.