“Azərbaycan Diasporu 20 il ərzində əziyyətli yollardan keçib”


İyulun 5-də Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 ili tamam olur.Qurumun yaranma tarixinə və fəaliyyətinə nəzər salaq:Azərbaycanda diaspor quruculuğunun banisi ümummilli lider Heydər Əliyevdir. Onun təşəbbüsü ilə 2001-ci il noyabr ayının 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürülüb.Beləliklə, 2002-ci ilin 5 iyul tarixində H.Əliyevin fərmanı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb.

 5 iyul 2018-ci il tarixində isə Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. Azərbaycan Diasporuna Dəstək Fondu bu illər ərzində 200-ə yaxın diaspor təşkilatının sənədlərinin həmin ölkələrin qanunvericiliyinə uyğun tərtib edilməsi və qeydiyyatdan keçməsinə dəstək göstərib,100-dən çox layihəni maliyyələşdirib. Azərbaycan diasporunun birliyinə nail olunması və sistemli işin təşkil edilməsi məqsədi ilə 2019-2023-cü illər üçün “Strateji Yol Xəritəsi” hazırlanıb. Məhz vahid ideya və maraqlar uğrunda dövlət-diaspor əməkdaşlığının inkişafı, qüvvələrin ümumi məqsəd naminə birləşməsi, xüsusən, böhranlı vəziyyətlərdə düşünülmüş çevik planın olması üçün çalışılıb.Bu istər koronavirus pandemiyası, istərsə də Vətən müharibəsi dönəmində sistemli həyata keçirilib. Diaspor gənclərinin fəallığının artırılması, milli kimliyin qorunub-saxlanılması və liderlik potensialının inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Diaspor Gəncləri şəbəkəsi formalaşdırılıb.2020-ci ildə Nazirlər Kabineti tərəfindən “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası” təsdiq olunub. Komitə ilə rahat əlaqə yaradıla bilməsi məqsədilə müasir informasiya texnologiyaları tətbiq edilib və qurum “Elektron hökumət” portalına inteqrasiya olunub. Hazırda Azərbaycanlıların Koordinasiya Şuralarının yaradılması və Azərbaycan Evlərinin açılması üçün dünyanın 31 ölkəsini əhatə edən və 130 diaspor təşkilatını özündə birləşdirən 14 Koordinasiya Şurası,12 ölkədə fəaliyyət göstərən 18 Azərbaycan Evi fəaliyyət göstərir.Qeyd edək ki,COVID-19 pandemiyası ilə əlaqədar sərhədlər bağlanarkən ,eləcə də, Ukraynada baş verən hadisələr zamanı təxliyə olunan soydaşlarımız Azərbaycan evlərinə üz tutublar. Diasporla İş üzrə Dövlət Komitəsinin 20 illik fəaliyyəti dövründə quruma Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi də danılmazdır. Onun  təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə “Qarabağ” adlı həftəsonu Azərbaycan məktəbləri fəaliyyətlərini genişləndirir.Hazırda Ottava, Nant, Bern, Varşava, Stokholm, London kimi şəhərlərdə fəaliyyət göstərən “Qarabağ məktəbi”ndə yüzlərlə azərbaycanlı uşaq təhsil alır.  Eyni zamanda  6-10 yaşlı azərbaycanlı uşaqlar üçün müasir üslubda hazırlanmış “Azərbaycan dili” dərsliyi çap edilərək xaricdəki soydaşlarımıza göndərilir.

Diasporla İş üzrə Dövlət Komitəsinin pandemiya dövründəki fəaliyyətinə nəzər salsaq görərik ki, COVİD-19 pandemiyası zamanı qurum tərəfindən 24/7 fəaliyyət göstərən qərargah yaradılıb. Azərbaycanlıların Koordinasiya Şuraları və Azərbaycan Evləri gücləndirilmiş rejimdə fəaliyyət göstəriblər.Pandemiya dövründə təkcə Dövlət Komitəsinin qaynar xəttinə 18 minə yaxın zəng, Azərbaycan evlərinə, Koordinasiya Şuralarına ümumilikdə 51 ölkədən 9 minə yaxın müraciət daxil olub,33 ölkə üzrə 6857 nəfər soydaşımıza maddi yardım edilib, sərhədlərin qapanması ilə əlaqədar azərbaycanların təxliyəsinə dəstək göstərilib.Dövlət Komitəsi tərəfindən ,həmçinin, Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması üçün mitinq və aksiyaların təşkili: “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində, 2020-ci ilin “Tovuz hadisələri” Vətən müharibəsi zamanı Avropanın 30 ölkəsində on minlərlə soydaşımızın iştirak etdiyi 300-dən artıq aksiya keçirilib. Qeyd edək ki ,təşkilat fəaliyyətində “Şuşa Bəyannaməsi”nə uyğun olaraq Azərbaycan və Türk diasporları arasında qarşılıqlı əməkdaşlıq, dəstək və həmrəylik fəaliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirir.  

Diaspor fəalı , muğam ifaçısı  Zahid Quliyev  Diasporla İş üzrə Dövlət Komitəsinin 20 illik yubileyi ilə bağlı“Sherg.az”a danışıb :

 “Azərbaycan Diasporasının yaranmasından 20 il ötür. Bu müddət ərzində Diaspora çox əziyyətli yollar keçdi.Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri hörmətli Fuad Muradovun bütün dünyada yaşayan azərbaycanlılarla mütəmadi görüşüb,qurumun  güclənməsi üçün tövsiyələr verib. Bu illər ərzində Dövlətimizin rəhbəri hörmətli Cənab Prezident İlham Əliyevin Diasporanın gördüyü işləri yüksək dəyərləndirib.Fuad müəllimi və Diaspora əməkdaşlarını medal və ordenlərlə təltif edib. 2020-ci il böyük qələbəmizin əldə olunmasında Diaspora üzvlərinin də böyük əməyi olub.Lakin bu qələbəni, şanlı Azərbaycan əsgər və zabitləri,öz canları,qanları bahasına əldə etdi.Hörmətli Ali Baş Komandan İlham Əliyev bunun üçün uzun illər böyük vəsait,böyük zəhmət sərf edərək,həm əsgərlərin vətənpərvərliyini artırdı,həm də xalqın birliyinə nail oldu. Məhz bu iki cəhət qələbənin qazanılmasında əsas rol oynadı.Biz dünyaya səs salan bu qələbə ilə qürur duyuruq”.
 

Z.Quliyev  Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) yaradılmasının 20 illik yubileyi münasibətilə Qarabağdakı “N” saylı hərbi hissədə  keçirilən “Gücümüz birliyimizdədir” adlı tədbirə diqqət çəkib:

 “Diaspora Komitəsi  20 illik yubiley tədbirini zəfər çalan əsgərlərin qarşısında keçirməyi özünə borc bildi və “N” saylı hərbi hissədə böyük konsert proqramı təşkil etdi. Mənim də bu tədbirdə iştirakıma şərait yaratdığı üçün, Komitəyə təşəkkür edib,birgə işimizdə daha böyük uğurlar arzu edirəm.Qələbimiz üçün xüsusi xidmətləri olan hörmətli general Mais Bərxudarov və əsgərlərin qarşısında çıxış etmək, mənə inanılmaz sevinc bəxş etdi.Dünyanın çox konsert salonlarında mədəniyyətimizi təbliğ etdim,lakin əsgərlərin qarşısında olan konsert səhnəsi mənim üçün ən qürurlusu oldu. Allah Şəhidlərimizə rəhmət etsin,millətimizi qorusun” .