"Kuruluş Osman"nın bir neçə bölümü Şuşada çəkiləcək?

Türkiyənin ATV kanalında yayımlanan "Kuruluş Osman " serialının 3 - cü sezonunun bir neçə bölümünün Şuşada çəkiləcəyi iddia olunur . 
"Sherg.az" "olaya.az"a istinadən xəbər verir ki, məlumata görə Türkiyəli aktyor Burak Özçivitin Bakıya gəlişinin digər səbəblərindən biri də bu olub. Serialın ötən bölümlərindən birində Osman bəyin başına toplaşan əsgərlərə " Şərqdəki Şuşa da bizimdir " deməsinin də , gələcəkdəki hadisələrin burada cərəyan etməsinə eyham olduğu bildirilir . Qeyd edək ki , " Kuruluş Osman " da həmyerlimiz , Avropa çempionu Zabit Səmədov da rol alır. Serial yeni televiziya mövsümündən AzTV - də də yayımlanacaq .