Yerdəki oksigen 10 saniyəyə yoxa çıxsa, nə baş verər? - "Bütün binalar bir anda..." - Dəhşətli faktlar!

"Sherg.az" xarici mediaya istinadən  yerdəki oksigenin 10 saniyəlik yoxa çıxmasından sonra baş verəcək halları sadalayır: 
 Əvvəla, yanma mühərrikləri işləməyi dayandırar. Bütün binalar bir anda toza çevrilər. Çünki betonun əsas komponentlərindən biri oksigendir. Atmosfer təzyiqi birdən-birə 21 faiz azalar. Beləcə, bu vakumun təsiri ilə hər kəsin daxili qulağı partlayar.

Hər kəs nəfəsini 10 saniyə tuta bildiyi üçün biz nəfəssizlikdən ölmərik.  Dənizlər , okeanlar , göllər və çaylar dərhal yox olub hidrogenə çevrilər.

 Yer səthinin və mantiyanın 45 faizini oksigen təşkil etdiyi üçün biz kifayət qədər hündürlükdən sərbəst düşmə ilə qarşılaşarıq. 

Amma qorxmayın, biz bunu eşidə və hiss edə bilmərik. Çünki oksigen bədən çəkimizin 60%-ni təşkil edir. Havaya qalxan təyyarələr qəzaya uğrayar, havada olanlar 10 saniyə sonra yerə düşər. 

Ozon təbəqəsi itər. Beləcə biz 10 saniyə ərzində birbaşa UV şüalarına məruz qalırıq.