Zaxarova blef edir! – “...Antiterror əməliyyatları başlanılacaq” 

“Növbəti antiterror əməliyyatı olacaqsa, Zəngəzur da hədəfə alınmalıdır”

“Digər tərəfdən ermənilər öz ərazilərində müharibə acısı görməlidirlər ki, tamamilə sülhə məcbur olsunlar .Əks halda onlar heç nədən nəticə çıxarmayacaqlar”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova  mediaya açıqlamasında rəsmi Moskvnın  Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazırlanmasına fəal şəkildə töhfə verdiyini deyib. Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev qarşılıqlı faydalı baza prinsiplərinə çıxış əldə edilməsi,həmçinin təmas nöqlərinin tapılması üçün tərəflərlə müntəzəm məsləhətləşmələr aparır.O, Moskvanın Bakı-İrəvan sərhəd komissiyasının ikinci iclasını keçirməyə hazır olduğunu vurğulayıb: “Biz hər zaman erməni və azərbaycanlı dostlarımızı Rusiya ərazisində qəbul etməyə hazırıq. Bu və ya digər tədbirlərin keçirilməsinin konkert vaxtını isə Bakı və İrəvan müəyyənləşdirəcək.Onlar bununla bağlı qərar verdikdən sonra bu barədə məlumat verəcəyik”.

Politoloq Əhəd Məmmədli Rusiya XİN sözçüsünün açıqlamasını “Sherg.az”a şərh edərkən bildirib ki,M.Zaxarovanın indiki məqamda belə bir açıqlama verməsi təsadüfi deyil:

 "Çünki Ərdoğan-Putin görüşməsi olmalıdır. Burda Suriya və Ukrayna məsələləri,Ukrayna taxılının dünyaya Türkiyə ərazisindən çıxarılması məsələləri müzakirə olunacaq. Çox güman, həmin görüşdə Azərbaycan-Ermənistan münasibətlərinə  də toxunulacaq”.

Politoloq diqqətə çatdırıb ki, son zamanlar erməni silahlı birləşmələri tərəfindən dövlət sərhədində törədilən təxribatlar xalq, dövlət  olaraq bizim səbr kasamızı doldurub və rəsmi Moskva da bunu çox yaxşı görür: 

"Ona görə də Ermənistanı növbəti dəfə bizim əlimizdən xilas etmək üçün danışıqlarla məsələləri uzatmaq istəyir. Rəsmi Bakı indiki halda belə çağırışlara getməməli Rusiyadan rus sülhməramlıları olan ərazidə bir nəfər də olsun erməni qalmamasını tələb etməlidir. Əks halda antiterror əməliyyatlar başlanılacaq”. 

Ə.Məmmədlinin qənaətincə, növbəti antiterror əməliyyatı olacaqsa, Zəngəzur da hədəfə alınmalıdır:

“Digər tərəfdən ermənilər öz ərazilərində müharibə acısı görməlidirlər ki, tamamilə sülhə məcbur olsunlar .Əks halda onlar heç nədən nəticə çıxarmayacaqlar”.