Sülhməramlıların vəzifəsini Azərbaycan əsgəri icra edir:“Şəhidimizin qanı yerdə qalmadı” 

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.Nəticədə müddətli həqiqi hərbi xidmət qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki,bölmələrimiz tərəfindən müvafiq tədbirlər görülüb.

Hərbi ekspert Ədalət Verdiyev hadisə ilə bağlı “Sherg.az”a danışarkən rus sülhməramlıların Azərbaycan ərazisindəki “parlaq” fəaliyyətinə diqqət çəkib: 

“Rusiya  sülhməramlıları erməni silahlı birləşmələrini Qarabağ ərazisindən çıxarılmamasına şərait yaradan bir kontingent olaraq yaddaşımızda qalıb. İki il ərzində öz missiyalarını  yerinə yetirməyən bu sülhməramlıların vəzifələrini hazırda Azərbaycan ordusu böyük iftixar hissi ilə həyata keçirir”. 

Ə.Verdiyev bildirib ki, vətən uğrunda şəhid olan əsgərimiz Anar Rüstəmovun qanı yerdə qalmayıb. Qəhrəman ordumuzun şəxsi heyəti düşmənə qat-qat ağır zərbələr endirməklə, erməni silahlı dəstələrinin Qarabağ torpağından təmizlənməsi işinə artıq başlayıblar”.