İran Azərbaycanla sərhədə ağır texnika yığır? – Politoloq:“Bu yalanı yayanlar...”

“Sosial şəbəkələrin Azərbaycan seqmentidə  həqiqətə uyğun olmayan  məlumatlar ölkəmizdəki Azərbaycan-İran arasındakı xoş münasibətlərə maraqlı olmayan şəxslər tərəfindən yayımlanır”

“Həmin şəxsləri tapıb,onlardan məqsədləri, nəyə xidmət etdiklərini birdəfəlik soruşmaq lazımdır”


İranın Azərbaycanla sərhədə ağır texnika yığması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. İranın Azərbaycandakı səfirliyi həmin görüntülərə aydınlıq gətirib: “İran İslam Respublikasının İslam Keşikçiləri Korpusunun (SEPAH) rəsmi “Telegram” kanalı yoxdur, SEPAH-ın rəsmi mövqeyini rəsmi kanallar və bu qurumun sözçüsü tərəfindən öyrənmək olar.“Sosial şəbəkələrdə yayılan xəbərlər saxtadır. Həmin görüntülər bir neçə il əvvələ aiddir. Bu kimi şayiələr iki ölkə əlaqələrinin bədxahları tərəfindən Tehran-Bakı əlaqələrini pozmaq niyyəti ilə dövriyyəyə buraxılır”.

Politoloq Zərdüşt Əlizadə  məsələ ilə bağlı“Sherg.az”a danışıb:

 “Belə xəbərləri yayan şəxslərə demək lazım ki, sizin məqsədiniz nədir? Həqiqətə uyğun gəlməyən xəbərləri niyə tirajlayırsınız? Fikir vermisinizsə, Azərbaycan hansısa hərbi əməliyyata başladıqda bu cür  xəbərlər ortaya çıxır. 

Sosial şəbəkələrin Azərbaycan seqmentidə  həqiqətə uyğun olmayan  məlumatlar ölkəmizdəki Azərbaycan-İran arasındakı xoş münasibətlərə maraqlı olmayan şəxslər tərəfindən yayımlanır . Həmin şəxsləri tapıb,onlardan məqsədləri, nəyə xidmət etdiklərini birdəfəlik soruşmaq lazımdır”.