Albinoslar öləndən sonra orqanları niyə satılır? - Yazıçı albinos "Şərq TV"yə dəhşətli faktlar açıqladı

İnsanlar arasında  gec-gec  rast gəlinən və böyük marağa səbəb olan nadir xəstəliklərdən biri də albinizmdir. Belə insanlar fərqli görünüşləri ilə ətrafdakıların diqqətini cən edirlər.

Onlar elmi dildə albinos adlanırlar.  Albinosların sümüklərinin tərkibində fosforun miqdarının həddindən çox olması onları adi insanlardan fərqləndirən başlıca cəhətlərdəndir. Buna görə bəziləri onları fosfor adam da adlandırır. 
Müsahibim də öz görünüşü ilə diqqət çəkən, insanların marağına səbəb olan gənc albinos Tural Rəhimovdur. O  albinosların cəmiyyətdə üzləşdiyi çətinliklər nələrdir? 
Dünya ölkələrində albinoslara münasibət necədir? Albinosların orqanları nəyə görə onlardan alınır? və s. kimi insanları maraqlandıran sualları cavablandırıb.Müsahibəni təqdim edirik: