"Sözlərin düzgün yazılış qaydasını bilməyən müəllimləri savadsız adlandırmaq olar".
Bu fikirləri "Sherg.az"a deyən təhsil üzrə ekspert, fəlsəfə doktoru Rafiq İsmayılov bildirib. O söyləyib ki, yazı savadı hüsnxətdən sonra orfoqrafiya qaydalarına əməl etməyi tələb edir:
"Müəllim bu səviyyədə səhvlərə yol verirsə, bəs fikrini necə ifadə edir?! Ona görə də təhsilverənlərin primitiv yanlışlar etməsi yaxşı hal deyil. Nazir də məsələyə haqlı olaraq, toxunub. Belə müəllimlərimizin mövcudluğunu cəmiyyətin, ictimaiyyətin diqqətinə çatdırıb.
Onlar əmək haqqıdan danışanda bilik və savadlarını da nəzərə almalıdırlar. Düzdür, bunu hər kəsə şamil etmək də doğru olmaz. Amma bir dərslik müəllifi kimi, sadə sözlərin belə yazılış-deyilişindən bixəbər müəllimlərin olduğunu bilirəm. Çünki qeyd etdiyimiz kimi, düzgün orfoqrafiya qaydalarını bilmək yazı bacarığının ən aşağı pillələrindən biridir.
Hər şey onunla başlayır. Əgər analoji, kobud səhvlər edirlərsə, şagirdlərə nə öyrədirlər?! Bu sözlərin hamısı qaydalarla tənzimlənir.
Müəllimin anlayışı olmalıdır ki, iki kar samit yanaşı gələndə ikincisi cingiltili tələffüz edilir. Qrammatikadan məlumatsız təhsilverənlər haqqında sertifikasiyadan keçməmək kimi ölçülər götürülməlidir".