Elm sahələri̇ üzrə vahi̇d reyestrin yaradılması ideyası yaxşıdır

Bu, elmi mövzuların tənzimlənməsinə, çeşidlənməsinə, təkrarçılığın aradan qaldırılmasına kömək edə bilər

Əhməd Qəşəmoğlu: “Biz çalışmalıyıq ki, Akademiya ölkənin inkişafına, tərəqqisinə fayda verəcək elmi-tədqiqatlara imza atsın. Ölkədə elmi-tədqiqat mərkəzlərinin yaradılmasına ehtiyac var”


  Elm sahələri̇, onlarin çərçi̇vəsi̇ndə elmi̇ i̇sti̇qamətlər, elmi̇ problemlər, elmi̇ mövzular, elmi̇ fəali̇yyətlə məşğul olan müəssi̇sələr, ali̇mlər və s. haqqında ölkə üzrə vahi̇d reyestrin yaradılması təklif edilir. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Rasim Əliquliyev danışıb.  R.Əliquliyevin sözlərinə görə, bu səbəbdən də elmi tədqiqatlar zamanı koordinasiya pozulur: 

"Bunun da nəti̇cəsi̇ndə ölkə üzrə elmi̇ fəali̇yyəti̇n təşki̇li̇, koordi̇nasi̇yası, menecmenti̇ və mali̇yyələşdi̇ri̇lməsi̇, müxtəli̇f aspektlər üzrə təhli̇li̇ və qi̇ymətləndi̇ri̇lməsi̇, i̇ntellektual və di̇gər resursların i̇darə olunması, səmərəli̇ qərarların qəbul edi̇lməsi̇ i̇sti̇qaməti̇ndə ci̇ddi̇ problemlər yaranır. Hazırda elmi̇ müəssi̇sələri̇n fəali̇yyəti̇ haqqında i̇lli̇k hesabatların hazırlanması, çoxpi̇lləli̇ müzaki̇rəsi̇ və qi̇ymətləndi̇ri̇lməsi̇ proseduru çox bürokrati̇k və qeyri̇-səmərəli̇di̇r. 

1945-ci ildən tətbi̇q olunan bu hesabatlılıq proseduru müasi̇r dövrün tələbləri̇nə cavab vermi̇r, vaxt i̇tki̇si̇nə, bürokrati̇k əngəllərə, i̇ntellektual resursların səmərəsi̇z i̇sti̇fadəsi̇nə səbəb olur. Hər i̇li̇n noyabr ayından başlayan hesabat marafonu "əməkdaş laboratori̇ya - elmi̇ şura - elmi̇ bölmə - rəyasət heyəti̇ - ümumi̇ yığıncaq" marşrutu üzrə növbəti̇ i̇li̇n aprel ayının sonunadək davam edi̇r. 

Halbuki̇ müasi̇r texnologi̇yaların və elmmetri̇k mexani̇zmləri̇n köməyi̇ i̇lə elmi̇ müəssi̇sələri̇n də, ali̇mləri̇n də, elm sahələri̇ni̇n cari̇ vəzi̇yyəti̇ni̇ də çox qisa müddətdə qi̇ymətləndi̇rmək, qərarların qəbulu üçün müəyyən təkli̇flər və tövsi̇yələr i̇şləmək olar. Hazırda ölkə mi̇qyasında elmi̇ fəali̇yyəti̇n müxtəli̇f aspektlər üzrə qi̇ymətləndi̇ri̇lməsi̇ klassi̇k yanaşmalara, subyekti̇v mülahi̇zələrə əsaslanır və müasi̇r dövrün reallıqlarının tələbləri̇nə cavab vermi̇r".   

Akademik hesab edir ki, bu problemi̇n həlli̇ üçün, i̇lk növbədə elmi̇ müəssi̇səni̇n plan üzrə fəali̇yyət i̇sti̇qamətləri̇ təhli̇l edi̇lməli̇di̇r: "Elmi̇ müəssi̇səni̇n hər bi̇r fəali̇yyət i̇sti̇qaməti̇ üçün məxsusi̇ qi̇ymətləndi̇rmə mexani̇zmi̇ i̇şləni̇lməli̇di̇r. Elmi̇ müəssi̇səni̇n fəali̇yyəti̇ni̇n kompleks qi̇ymətləndi̇ri̇lməsi̇ üçün multi̇kri̇teri̇al qi̇ymətləndi̇rmə metodi̇kası (fəali̇yyət i̇sti̇qaməti̇ni̇n vaci̇bli̇k dərəcəsi̇) i̇şləni̇lməli̇di̇r. Bu elmmetri̇k texnologi̇yaların əsasında elmi̇ müəssi̇sələri̇n fəali̇yyəti̇ni̇ ayrı-ayrı i̇sti̇qamətlər üzrə və kompleks qi̇ymətləndi̇rmək olar".

  Fəlsəfə doktoru Əhməd Qəşəmoğlu “Şərq”ə açıqlamasında ideyanın müsbət olduğunu dedi: 

- Reyestrin yaradılması təklifi, əlbəttə müsbətdir. Amma baxır reyestrə kim nəzarət edəcək, necə tərtib ediləcək. Bu iş lazım olan, gərəkən formada təşkil edilməlidir. Qarşıya konkret məqsəd qoyulmalıdır ki, reyestrin yaradılmasından gözləntilər nədir. 

Vahid reyestrin yaradılması elmi mövzuların tənzimlənməsinə, çeşidlənməsinə, təkrarçılığın aradan qaldırılmasına kömək edə bilər. Lakin Akademiyada fundamental dəyişikliklərə ehtiyac var. Hər şöbədə 15-20 nəfər işləyir, ilin sonunda hesabat hazırlayıb təqdim edirlər, bununla da sanki iş bitmiş hesab edilir. 

Elmi işlər çox zaman bir-birini təkrarlayan, ya da ciddi əhəmiyyət daşımayan mövzularda olur. Biz çalışmalıyıq ki, Akademiya ölkənin inkişafına, tərəqqisinə fayda verəcək elmi-tədqiqatlara imza atsın.  Ölkədə elmi-tədqiqat mərkəzlərinin yaradılmasına ehtiyac var. Mən bunu dəfələrlə demişəm, yenə deyirəm, amma sanki kimsə eşitmir. 

Akademiyanın buna imkanları var. Akademiyanın hazırda mövcud olan şöbələrdən bəzisinin profilini dəyişməklə, onları cəmiyyətdə özünü göstərən problemlərin həlli istiqamətində ciddi elmi tədqiqatlara yönəltməklə bu işi təşkil etmək mümkündür.

 Təsəvvür edə bilməzsiniz ki, elə alimlər var, elmi tədqiqatın tələblərinin nədən ibarət olduğunu bilmir. Cəmiyyətimizi narahat edən problemlərin həllinə yönələn və ölkənin inkişafına xidmət göstərəcək elmi-tədqiqatlar aparılmalıdır. Və Akademiya bununla bağlı dövlət qarşısında hesabat verməlidir.