Həkimdən kəskin REAKSİYA:“Erməni nə qanır dövlət nədir?!”




“Bayraq yandırmaq tərbiyəsizlikdir və bir dövlətə qarşı cinayətidir. Erməni xalqı başa düşməlidir ki, insan bəşəri olmalıdır. Bayraq bizim atributumuzdur. Onu yandırmaqla nə əldə edəcəksən? Kimə nə etdin?!”.
Bu sözləri “Sherg.az”a açıqlamasında tanınmış həkim Rəşid Mahmudov bayrağımızın İrəvanda yandırılması ilə bağlı danışarkən deyib.
O bildirib ki, bu düşmənin xislətindən irəli gəlir:
“Onlar heç nə edə bilməzlər. Azərbaycanın qələbəsini həzm edə bilmirlər. Yana-yana da gedəcəklər. Xislətləri belədir, qarınları qurdludur. Mən sənə nə etmişəm? Mənim İrəvanımı paytaxt edib yaşayırsan. Bundan əvvəl hansı dövlətin olub sənin? Mənim Təbriz, Bakı, Şamaxı, Qəbələ, Bərdə, Gəncə paytaxtlarım olub. Bu qədər dövlətim və dövlətçiliyim var. Rusiyadan belə əvvəl mənim öz dövlətim olub. Birinci əsrdən əvvəl mənim dövlətim var idi. Bəs sənin, ay erməni? Erməni nə qanır dövlət nədir? Onlar ömür boyu bir yerdə yaşamayıblar, ara qatmaqla məşğul olublar. Qanun-qayda bilmirlər. Onların xisləti budur. Onlardan nə gözləyirsən?!”.