Rəşad Dağlı azadlığa buraxılır? –“Atası dedi ki, yaxşı...”

“Bu yaxınlarda yaxşı bir layihəm olacaq. Allah qoysa, bir-iki gün ərzində təqdim edəcəyəm”.
Bu sözləri “Sherg.az”a açılamasında tanınmış meyxanaçı Ağamirzə Məmmədov deyib.
O, sosial şəbəkələrdə “Meyxananın əvvəlki ləzzətinin qalmadığını” deyənlərə də cavab verib:

“Danışırlar da. O vaxt ustadlar da rəhmətə gedəndə deyirdilər ki, filankəs  öldü, meyxana yoxdur. Söhbətdir edirlər. Sabah mən də olmasam, meyxana öz yerində olacaq. Həyat davam edir. Biri gəlib, biri gedir”.
Söz ustası həbsdə olan həmkarı Rəşad Dağlı ilə bağlı suala gəlincə, bunları söyləyib:
“Ailəsi yaxşıdır. Qardaşı ilə danışıram. Bir az əvvəl atası ilə söhbət etdik. Allahın köməkliyi ilə hər şey yaxşı olar.  Digər məsələlərlə bağlı məlumatım yoxdur. Yalan deməyim”.