"Azərbaycanın məlum qəzaya qədər fəzada 3 peyki olub".
Bunu "Sherg.az"a İKT üzrə mütəxəssis Fərhad Mirəliyev "Azersky"ın çökməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, təəssüf ki, "Azərsky" qeyd edildiyi kimi, meteroitlə toqquşub və qəza keçirib:
"Belə qəzalar çox nadir hallarda baş verir, amma praktiki olaraq, istisna edilmir. "Azersky"ın istismar müddətinə 1 il qalmışdı. Geopolitik gərginliyin vüsət aldığı bir dönəmdə "Azersky"ın qəzaya uğraması xəbəri bir çoxlarında rəsmi açıqlamaya inamsızlıq yaratdı.
Xüsusən də, şübhə doğuran amillər ondan ibarət idi ki, "Azersky" peyki digər pekylərimizdən fərqli olaraq, müharibə dönəmində aktiv istifadə edilirdi.
Peykdən alınan məlumatlar verilən qərarlara müsbət təsir göstərməklə ordumuzun bir növ səmadakı “gözü” hesab olunurdu.
Digər tərəfdən də peykin proqram və aparat təminatının Fransaya məxsus olması bu qəzanın təxribat xarakterli, xarici qüvvələrin "əli"nin mövcudluğu kimi versiyaların yaranmasına gətirib, çıxarır.
Rəsmi məlumatlara inanmamağa heç bir səbəb yoxdur. Ən azından təxribat törədənlər bunu 44 günlük müharibə vaxtı edə bilərdilər".