"Türkiyənin Xarici İşlər Nazirliyinin Ermənistana verdiyi bəyanat əslində çox əsaslı xəbərdarlıqdır".
Bunu "Sherg.az"a siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev Türkiyə XİN-nin Ermənistana xəbərdarlıq etməsindən danışarkən deyib. O söyləyib ki, Türkiyə Ermənistana normal münasibət bəsləməyə çalışdıqca düşmən ölkə bir o qədər bunun əleyhinə gedir:
"Artıq o dərəcədə həyasızlaşıblar ki, saxta soyqırımı abidəsi ilə bərabər "Nemesis abidəsi"nin də açılmasını istəyirlər. Əslində bu "Nemesis" bir nömrəli faşist təşkilatıdır. Bunun da əsas məqsədi türkləri qırmaqdır. Ona və terroru törədənlərə abidə qoyulması artıq həyasızlığın ən pik səviyyəsidir. Münasibətlərin normallaşdığı vaxtda Ermənistanın atacağı bu addıma qarşı qardaş ölkənin mövqeyinin bir qədər də sərtləşəcəyi gözləniləndir. Açığı, bu, proseslərə çox mənfi təsir edəcək.
Onsuz Türkiyə Azərbaycana görə, Ermənistanla 30 il idi, əlaqə saxlamırdı. Münasibətlər yenicə müəyyən qədər istiləşməyə başlamışdı. Amma ermənilər yenə də öz xəyanətlərindən əl çəkmədilər. Təbii ki, sözügedən addım cəzasız qalmayacaq. Türkiyə bu barədə fikirləşsə, yaxşı olar.
Artıq kifayət qədər sənədlər də var. Araşdırmalarımıza əsasən türklər və kürdlər soyqırımına məruz qalıblar. İndi ermənilər həyasızlıq edirlər, İstanbulda türk soyqırımı abidəsi yaradılmalıdır. Onların Sarıqamışda, Çanaqqalada türklərə qarşı xəyanətlərini göstərən sənədləri ortaya qoymaq və bunu muzeylərdə yox, artıq abidə şəklinə salmaq lazımdır.
Belə olduğu halda ermənilər hər şeyi başa düşərlər. Əks halda normal dildə anlamırlar. Məlum addım da Türkiyəyə qarşı növbəti təxribatdır. Əsas məqsəd qardaş ölkəni qızışdırıb, başqa bir münaqişəyə cəlb etməkdir. Nəticədə Ermənistan dünyaya bəyan etməyə çalışacaq ki, türklər soyqırımı həyata keçirib. Amma ermənilər çox da sevinməsinlər. Çünki ayağa qalxmaları öz başlarına bəla olur. Hazırda türkün dövrüdür. Artıq zaman türklərin xeyrinə hayların ziyanına işləyir".
Qeyd edək ki, Türkiyə XİN Ermənistana xəbərdarlıq edib. Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb:
"Biz İrəvanda 1920-ci illərin əvvəllərində Osmanlı siyasi və hərbi rəhbərlərinə, o zamankı Azərbaycan rəsmilərinə və hətta erməni əsilli bəzi Osmanlı vətəndaşlarına qarşı sui-qəsdləri törədənlərə həsr olunmuş “Nemesis abidəsi”nin açılmasını qətiyyətlə pisləyirik"