Çində 11 il ərzində 140 min 728 adam izlənilib. Qızardılmış qidaların psixi sağlamlığa təsiri araşdırılıb.
Müşahidə olunub ki, tez-tez kartof qızartması yeyənlər digərlərinə nisbətən narahatlıq və depressiya keçiriblər. Xüsusilə, nişastalı qidalar yüksək temperaturda bişirildikdə zərərli akrilamid maddəsi meydana çıxır. Təbiətdə olan bu maddə orqanizm üçün çox zərərlidir.
Xüsusilə hamilə qadınlar, uşaqlar diqqətli olmalıdırlar. Daxili Xəstəliklər Mütəxəssisi Ayça Kaya deyib ki, yeməyi qızartmaq yerinə buxarda bişirməyə daha çox üstünlük vermək lazımdır.
A.Kaya bildirib ki, qızartmaqdan imtina etməyənlər bəzi məqamlara diqqət yetirməlidirlər:
“Kartofları doğradıqdan sonra bir saat suda isladıb, üzərinə limon sıxmaq nişastanı azaldar".
Mənbə: TRT Haber