"Kamaz Vaqif"in həbsi: Xocalının qisasını gözləyənlərin yarasına az da olsa su səpdi

Xocalı soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən biri saxlanılıb. 
İyulun 29-da keçirilən axtarış tədbirləri nəticəsində  Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
 Laçında saxlanılan Xaçaturyan 1991-ci ildə Meşəli kəndinə basqın edərək 25 azərbaycanlını qətlə yetirmiş, 14 nəfəri yaralamış, 358 azərbaycanlını öz yurd-yuvasından didərgin salmış erməni silahlı cinayətkarları sırasındadır. Qeyd edək ki, Xocalı rayonunun Meşəli kəndində törədilmiş kütləvi qətliam cəmi 3 ay sonra baş vermiş Xocalı soyqırımına hazırlıq kimi – Meşəli faciəsinı dünya birliyi tərəfindən heç bir reaksiyanın olmaması erməni faşistlərinin 1992-ci il fevralın 26-da daha geniş miqyaslı soyqırım törətməsi üçün zəmin yaradıb.

"Xocalı Soyqırımını Tanıtma” İctimi birliyinin sədri  Şamil Sabirğlu isə "Sherg.az"a açıqlamasında deyib ki, 
Azərbaycan II Vətən savaşından sonra Cənubi Qafqazda söz sahibidir.  Bu baxımdan, ölkəmizdə baş verən ictimai-siyasi proseslər də dünyanın hegemon dövlətlərinin rəhbərlərinin diqqət mərkəzindədir: 

" Erməni diasporası tərəfindən edilən cəhdlərə baxmayaraq Azərbaycan rəhbərliyi işğaldan azad edilən ərazilərdə mina təmizləmə əməliyyatları keçirir. 
İyulun 29-u mətbuat orqanlarında belə bir xəbər yayımlandı: Əsgəran rayonunun Badara kəndinin yetirməsi, milliyətcə erməni olan "Kamaz Vaqif" Azərbaycan sərhədçiləri tərəfindən həbs edilib. Vaqif Çərkəzoviç Xaçaturyan-Kamaz Vaqif Xocalı rayonunun Meşəli kəndinin, Daşbulaq kəndinin yandırılmasında və digər cinayət aktlarında iştirakına görə həbs edilib. Sərhədçilərimizin Meşəli qatili Vaqif Çerkezoviç Xaçaturyanı həbs etməsi insanlarımızın ilahi ədalətə inamının bərpasının növbəti təzahürüdür. Bu xəbərlə Xocalının qisasını gözləyənlərin yarasına az da olsa su səpildi.  Meşəli soyqırımı iştirakçısının saxlanılması bir daha göstərir ki, Azərbaycan dövləti dinc əhaliyə qarşı törədilmiş vəhşilikləri unutmayıb və xalqımıza qarşı soyqırımda əli olan cinayətkar məsuliyyətdən yaxa qurtara bilməyəcəklər.
 Azərbaycan sərhədçilərini salamlayırıq! Halal olsun, igidlərimizə! İnanıram ki, Qarabağ faciəsi və Xocalı soyqırımının baş verməsində əli olanlar da mütləq  layiqli cəzalarını alacaqlar. Bütün qatil və cinayətkarları belə bir günün gözlədiyinə əminlikdir Xaçaturyanın  həbsi. Biz əminik ki, Azərbaycan dövləti 90-cı illərin əvvəllərində azərbaycanlılara qarşı vəhşiliklər törətmiş şəxslərin təqib olunması və cəzalandırılması üçün səylərini davam etdirəcək".