Ermənistan Azərbaycana təzminat ödəməlidir!  - Ekspert

Xocalının Meşəli kəndində günahsız azərbaycanlılara qarşı dəhşətli cinayətlər törətmiş Vaqif Xaçaturyanın Laçında ələ keçirilməsi erməniləri qorxuya salıb.

İyirmi beş mülki azərbaycanlını qətlə yetirmiş və 10 ildir ki, beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş hərbi cani Vaqif Xaçaturyanın Laçın sərhəd-keçid məntəqəsində saxlanılması əhəmiyyətli reallıqları bir daha üzə çıxarıb. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı rəsmi məlumatda xüsusilə qeyd olunub ki, xalqımıza qarşı cinayət törədənlərin həbs olunmas prosesi bundan sonra da davam edəcək. Xalqımıza qarşı soyqırımı törədən heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək.

İqtisadçı ekspert Eldəniz Əmirov isə “Sherg.az”a açıqlamasında deyib ki, cinayətkarların həbsinə paralel olaraq Azərbaycan Ermənistandan maddi məsuliyyət tələb etməlidir. Yəni, təcavüzkar Ermənistan Azərbaycana son 30 ildə vurduğu maddi və mənəvi ziyana görə təzminat ödəməlidir: 

“Dərhal Azərbaycana dəymiş zərərin ödənilməsinin Ermənistandan tələb edilməsi mərhələsinə başlanılmalıdır. Yerli və xarici mənbələrdə olan datalar əsasında hesablamalarıma görə, Ermənistanın Azərbaycana vurduğu ümumi zərər 1 trilyon dolları ( + 100 milyard dollar) keçib. Azərbaycan vaxt itirmədən bu təzminatın ödənilməsinin beynəlxalq təcrübəyə əsasən tələb etməlidir. Həm də təkcə Ermənistandan deyil,  ona havadarlıq edənlərdən istəməlidir. Əgər bu dövləti və milləti (millət demək olarsa) belə çox sevirlərsə, onda vurduğu zərərə də sahib çıxmalıdırlar. Çünki, bir it kiməsə zərər vuranda, zərəri itin sahibi ödəyir. 
Əgər zərəri ödəməyə imkan yoxdursa, əvəzini torpaqla ödəsinlər. Rusiya pula görə Alyaskanı Amerikaya satdığı kimi. Situasiya fərqli olsa da, ölkənin ölkəyə torpaqsatma təcrübəsi mövcuddur. Arazdan şimala doğru versinlər, Azərbaycana. Həm də Erməninstanda olan torpaq qiymətinə yox,  Parisdə olan qiymətlərlə də sata bilərlər. Çünki 1 trilyon dollara 10 Ermənistan almaq olar. 

İndiki reallıqda qeyd etdiklərim qeyri-mümkün görünə bilər. Amma Azərbaycan bütün istiqamətlərdə hücum diplomatiyasını tətbiq etməlidir. Təbii ki, Ermənistanın nə o qədər pulu var, nə də  yiyəsi. Amma proses beynəlxalq səviyyədə başlanılmalı və bütün mümkün təzyiqlər işə salınmalıdır ki, Ermənistan Azərbaycanın bu günki sülh şərtlərinə "şükür" desin”.