Türkiyə regionda gedən oyunları yaxşı bilir - İlyas Hüseynov 

“Qəzzada Türkiyə əleyhinə oyun oynayırlar”.

 “TRT”yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

O bildirib ki, Qəzzada baş verənlər təkcə fələstənlilərlə bağlı məsələ deyil: “Bu, həm də region, xüsusilə Türkiyə ilə bağlı qurulan oyundur. Bu oyunu pozmaq bizim üçün vacibdir”.

F.Altun həmçinin Qərbin proseslərdəki mövqeyini tənqid edib.

Türkiyə PA rəsmisinin sözlərinə görə, indi ən vacib amil Yaxın Şərqdə sülhün təmin olunmasıdır.

Məsələyə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov "Sherg.az"a bildirib ki, Yaxın Şərqdə baş verən proseslər bölgədəki bütün ölkələri narahat edir:

  “Regionda önəmli söz sahiblərindən biri də qardaş Türkiyə dövlətidir. Türkiyə regional sülhün, sabitliyin qorunmasının tərəfdarıdır. Son illər Türkiyə ilə İsrail arasında buzların əriməsi müşahidə olunurdu. İsrail prezdentinin Rəsmi Ankaraya səfəri mühüm bir nailiyyət kimi qiymətləndirildi. Bu səfərin, uğurlu siyasi nəticələri də oldu. Lakin HƏMAS İsrail qarşıdurması fonunda Türkiyənin mövqeyi türk dövlətçiliyinin tarixi siyəsəti yönündədir. Yeridlən bu siyasət Türkiyə İsrail münasibətlərinə böyük zərbə vurdu. Fəxrəddin Altunun da dediyi kimi bu regionla bağlı bir oyundur. Sözügedən münaqişədə öz maraqlarını güdən ölkələr vardır. Sülhü və regional dayanıqlı təhlükəsizliyi istəməyən qüvvələrin olması hamıya məlumdur. Türkiyə regionda gedən oyunları yaxşı bilir və doğru təhlil edir. Mən də bu müharibənin regional sabitliyin əleyhinə olduğunu düşünürəm.O, sülh istiqamətində qurulan bütün təşəbbüslərin üzərindən xətt çəkir”.