Netanyahunun HƏMAS qumarı: Xəbərdarlıq özünü doğrultdu!

Artıq 6-cı həftəsi olan Qəzza müharibəsi 10 mindən çox insanın həyatına son qoyub. 
"Sherg.az" bildirir ki, Qəzzaya quru qoşunları gətirən İsraildə gündəm “Netanyahunun HƏMAS-la qumarı”dır...
İsrailin HƏMAS-a qarşı siyasətinin tarixi araşdırılan zaman  bir sual ortaya çıxır: HƏMAS İsrailin gözü qabağında  necə inkişaf edə bildi?
HƏMAS-ın hakimiyyətə gəlməsi ilə Netanyahunun siyasi karyerası arasında paralellər var. HƏMAS 2007-ci ilin iyununda Qəzzada hakimiyyətə gəldi.  Netanyahu  isə, 2009-cu ilin fevralında keçirilən seçkilərdə baş nazir kimi çıxış etdi.
2009-cu il seçkiləri zamanı Netanyahu o zaman hakimiyyətdə olan rəqib Kadima partiyasının lideri Tzipi Livni-ni HƏMAS-ı devirə bilmədiyinə görə tənqid edirdi.
O, fevralın 3-də Qəzzadan edilən  raket hücumundan sonra ölkənin cənubundakı Aşkelon şəhərinə səfər edib.
Netanyahu orada verdiyi açıqlamada ilk dəfə HƏMAS-ın məhv edilməsindən danışıb.
“Biz Aşkelonun girişindəyik. Bu səhər buraya “Qrad” raketi düşüb. Bu hər şeyi izah edir. “Xoşbəxtlikdən möcüzə baş verdi və mənə qəlpələri göstərən uşaqlar zərər görmədilər” deyən Netanyahu və sözlərini belə davam etdirdi:

“Ancaq biz möcüzələrə arxalana bilmərik. Təhdidi aradan qaldırmaq üçün hərəkətə keçməliyik. Buna nail olacaq yeganə hərəkət Qəzzada HƏMAS rejimini devirməkdir”.

2009-cu ildə HƏMAS-ın zərərsizləşdirilməsi heç kəsə  çətin təklif kimi görünmürdü. Çünki qrupun gücü o vaxt indiki ilə müqayisədə zəif idi. Lakin Netanyahu hakimiyyətə gəldikdən sonra HƏMAS-ı devirmək üçün heç bir cəhd etməyib. 
12 dekabr 2019-cu ildə bir müxbir HƏMAS-ı devirməkdən çəkinməyin səhv olub-olmadığını soruşduqda Netanyahu cavab verdi;
“Komandir olanda müharibənin necə aparılacağına qərar verməlisən. "İdeal şərait yaranana qədər bir dəqiqə, hətta bir saniyə belə hərəkət etməyəcəyəm."
On dörd il ərzində Netanyahu heç vaxt yerinə yetirilməyən “şərtlər”in nədən ibarət olduğunu aydınlaşdırmadı.
O, görünür, seçki baxımından sərfəli görünəndə HƏMAS-ı devirməyə söz vermişdi, lakin seçkidə qalib gəldikdən sonra bu vəddən əl çəkdi, çünki bu, siyasi baxımdan riskli görünürdü.
Başqa sözlə, hərəkətə keçməzdən əvvəl 'optimal şərtləri" gözləməli olduğuna inanması hərəkətsizliyə bəhanə oldu.
İsrail mətbuatı bu siyasəti “Netanyahunun Qəzzada strateji qumar oyunu” kimi qiymətləndirib.
2018-ci ildə İsraildə nəşr olunan Ynet qəzeti, Netanyahunun siyasətini araşdıran təhlilində, "Netanyahunun təcrübəsi uğursuz olarsa, Qəzza sərhədi yaxınlığında yaşayan israillilər ən böyük bədəli ödəyəcəklər."
5 ildən sonra İsrail qəzetinin xəbərdarlığında yanılmadığı üzə çıxıb. İndi İsrail ictimaiyyəti günahkar axtarır.
Bununla belə, Netanyahu hər fürsətdə müharibədən sonra hərtərəfli araşdırma aparılacağını bəyan edərək, tənqidləri xalça altından süpürməyə üstünlük verir.