Siysasi manipuliyasiya: İrəvan sülhdə səmimidir?

Siyasi iradə olarsa, 15 gün ərzində Bakı ilə sülh müqaviləsi bağlana bilər.
“Sputnik Armenia”ya  xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
“Deyə bilərəm ki, biz demək olar bütün fundamental məsələlərdə razılığa gəlmişik. Prosesə zərər verməmək üçün bu barədə təfərrüatları açıqlamaq istəmirəm”, - Simonyan jurnalistlərə deyib.

Mövzu ilə bağlı danışan Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov “Sherg.az”a bildirib ki, Vətən müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün əlverişli şərait yaranıb:
“Azərbaycan tərəfi ilk dəfə olaraq İrəvan hakimiyyətinə sülh müqaviləsinin şərtlərini açıqlayıb. Bu beş maddəlik prinsiplər sülh və dövlətlərarası münasibətlərin tənzimlənməsi üçün baza rolunu oynayır. Ermənistan bu təklifləri qəbul etdikdən sonra prosesi tormuzlamaq, qarşısını almaq, kənar geosiyasi mərkəzləri regiona dəvət etmək istiqamətində fəaliyyət göstərdi. Paşinyan və komandası düşünürdü ki, bununla nəyəsə nail ola biləcək. Lakin əlbəttə ki kənar geosiyasi mərkəzlər arasında sülh müqaviləsinin imzalanması üçün mübarizə tamamilə başqa şərtləri tələb edir. Moskva, Bürüssel və  Vaşiqton arasında rəqabət bu gün özünün ən pik həddinə çatıb”.
Politoloq baş verənlərə baxmayaraq  Azərbaycanın siyasi gündəliyinin dəyişmədiyini vurğulayıb:
 “Prezident İlham Əliyev sülhə sadiqliyini hər daim bildirir. Digər tərəfdən Azərbaycanın 11 sentyabr 2023-ci il tarixində sülh müqaviləsinin maddələri ilə bağlı Ermənistana irəli sürdüyü şərtlər konkteksində Ermənistan tərəfindən cavabda gəlib. Bu cavab 70 gün geciksə də, Azərbaycan lokal xarakterli antiterror tədbirləri ilə öz konsion qurluşunu və suverenliyini tam bərpa etdi. Ermənistanın spikeri Alen Simonyanın 15 gün ərzində Bakı ilə sülh müqaviləsinin imzalanması  barədə açıqlamalarının gerçəkləşmə ehtimalı rəsmi İrəvanın konsturiktiv mövqe nümayiş etdirməsinə bağlıdır. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul  etdikdən sonra bütün şərtləridə qəbul edəcəksə, sülhə doğru çox önəmli addım atılmış olacaq. Baxmayaraq ki, regionda sülhü istəməyən qüvvələr kifayət qədərdir. Bölgədəki sabitliyi pozmaq, revanşizmi gücləndirmək, Ermənistanı silahlandırmaq, qüvvələr balansında irəli çəkmək istəyən qüvvələrin də sayı hədsiz çoxdur. Belə olan halda Ermənistanın sülhə doğru meyilli olması və cəmi 15 gün ərzində müqavilənin imzalanmasının ehtimalı olduğunun səmimiyyətinə inanmaq çətindir. Düşünürəm ki, bu növbəti siyasi manipulyasiyadır. Sülhə sadiqlik haqqında verilən müsbət mesajların arxasında Ermənistanın hər zamankı çirkin addınmlarından birinin şahidi ola bilərik”.