"Əgər “bizim ailəmiz türk dünyasıdırsa” bu ailənin üzvlərinin soyadı da məzmununa uyğun olmalıdır".
Sherg.az xəbər verir ki, bu sözləri tanınmış şair Aqşin Yenisey qeyd edib.
"Məncə, bu ailənin möhkəmliyi üçün Azərbaycan örnək olaraq ilk addımı atmalıdır: insanlara “ov-yev-li-zadə” qoşqusundan imtina edib könüllü olaraq özlərinə düz-əməlli türk soyadları götürmələrinə icazə verilməlidir. Yəni XX əsrin romantik türkçülüyü, turançılığı XXI əsrdə praktik mərhələyə daşınmalıdır".