Adananın Kozan rayonunda temperaturun 50 dərəcəyə çatdığı rütubətlə birlikdə hiss edilən istilər Afrika əsilli vətəndaşlar da heyrətə gətirib. Afrikada belə bir istiliyin olmadığını bildirən Abdülşükür Maiqa adanalıları Afrikaya dəvət edib.
Sherg.az xəbər verir ki, Qərbi Afrika ölkəsi Burkina Fasodan Türkiyəyə təhsil üçün İstanbula gələn, daha sonra adanalı gənc qızla evlənən Abdülşükür Maiqa (31) ziyarət üçün Kozana gəlib.
Afrikanın da isti olduğunu, lakin Adana qədər isti olmadığını bildirən Maiqa, Adanada istilərin dözülməz olduğunu bildirib.
Adananın Kozan rayonunda yerləşən Kozan Bələdiyyəsinin Dağılcak təbiət parkına sərinləmək üçün gələn Maiqa və ailəsi Adananı çox sevdiklərini ifadə edərək, Adananın Afrikadan çox isti olduğunu, lakin insanların da çox mehriban olduğunu qeyd ediblər.
Türkiyəyə təhsil üçün gəldiyini bildirən Maiqa sözlərinə belə davam edir: “Qərbi Afrikadan Burkina Fasodan gəldim. Adana çox istidir, o tərəfdən də istidir. Dəhşətli rütubət var. Burada gecələr, gündüzlər çox isti olur. Türkiyəyə təhsil üçün gəlmişəm. Sonra bizneslə məşğul oldum.
Həyat yoldaşım Adanalıdır. Adana çox istidir, amma insanları çox istiqanlı və yaxşı insanlardır. Afrika nəhəng Sahara doğru irəlilədikcə çox isti olur. Saharada temperatur 60 dərəcəyə çata bilər. Oradakı 60 dərəcə ilə buradakı 50 dərəcəni müqayisə edəndə burada daha isti olur. Çox rütubət var. Adanalıları Afrikaya dəvət edirəm. Biz də Kozanı çox gözəl gördük. “Biz bura ailəmizlə tətilə gəlmişik".
Kozan Dağılcak Təbiət Parkının operatoru Rıfat Akşahin, bu ay tətil və həddindən artıq istilərlə birlikdə Dağılcak Təbiət Parkının sərinliyi və təbiəti ilə təqribən 40 min ziyarətçini qəbul etdiyini qeyd edərək, adanalıların təbiətə axın etdiyini bildirib.