MSK-nın sədri ATƏT/DTİHB nümayəndələri ilə görüşdü
17:19 31.07.2024
Gündəm
484
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov iyulun 31-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun qarşıdan gələn Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar seçki müşahidə missiyasının rəhbəri Ditmir Buşati ilə görüşüb.
Axar.az xəbər verir ki, sədr M.Pənahov missiyanın rəhbəri və üzvlərini salamlayaraq MSK-da keçirilən görüşdən məmnunluğunu ifadə edib. Seçkilərin geniş aşkarlıq və şəffaflıq mühitində hazırlanıb keçirilməsində müşahidəçilik institutunun mühüm rol oynadığını vurğulayan M.Pənahov, beynəlxalq müşahidəçilərin Azərbaycanda keçirilən seçkilərə böyük maraq göstərməsini yüksək qiymətləndirib. O, həmçinin rəhbərlik etdiyi ali seçki qurumunun beynəlxalq təşkilatlarla əməkdaşlığa açıq olduğunu, istər MSK, istərsə də aşağı seçki komissiyalarında proseslərin müşahidəçilər və bütün maraqlı subyektlər üçün şəffaf reallaşdırıldığını diqqətə çatdırıb.
Səmimi qəbul və görüş üçün təşəkkürünü bildirən D.Buşati Azərbaycanda olduqları müddətdə MSK ilə yaxından əməkdaşlıq ediləcəyini deyib. Müşahidə missiyasının rəhbəri, eyni zamanda, MSK sədrindən Milli Məclisə seçkilərə hazırlıqların gedişi barədə məlumat verilməsini xahiş edib.
M.Pənahov Komissiyanın maarifləndirmə proqramı çərçivəsində seçicilər və aşağı seçki komissiyalarının üzvləri də daxil olmaqla, fərqli statuslu seçki iştirakçıları üçün reallaşdırılan və nəzərdə tutulan genişmiqyaslı layihələr, seçici siyahılarının davam etməkdə olan dəqiqləşdirilmə prosesi, namizədlərin irəli sürülməsi və qeydə alınması, seçkiqabağı təşviqatla bağlı yaradılan imkanlar barədə ətraflı məlumat verib. Sədr bildirib ki, 2024-cü il Azərbaycan Respublikası Prezidenti seçkilərindən sonra Milli Məclisə seçkilər də ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçiriləcək. Otuz illik işğaldan sonra azad olunmuş regionlardakı səsvermə hüququna malik vətəndaşlarımızın konstitusion hüquqlarının təmin edilməsi üçün həmin ərazilərdəki daimi seçki məntəqələrinin sayı daha da artırılaraq 34-ə çatdırılıb.
Qonaqların suallarını cavablandıran MSK sədri həmişə olduğu kimi, yenə də seçki müşahidə missiyasının üzvlərini istədikləri vaxt Komissiyanın fəaliyyətini və həyata keçirilən prosesləri birbaşa izləməyə dəvət edib, bunun üçün hər cür imkan yaradıldığını diqqətə çatdırıb.
Görüş zamanı, həmçinin Milli Məclisə seçkilərlə bağlı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə zəncirvari qəza: 14 nəfər yaralandı
19:03 21.11.2026
Hadisə
Aktrisa boşandığı həyat yoldaşı ilə yenidən bir arada - FOTO
18:51 21.11.2026
Şou
Zelenski: ABŞ Ukrayna və Rusiya ilə yeni danışıqlar planlaşdırır
18:36 21.11.2026
Dünya
Kral III Çarlz Türkiyəyə COP31-ə ev sahibliyinə görə təşəkkür etdi
18:32 21.11.2026
Aktual
Qazaxda kişi dəm qazından boğularaq ölüb
18:21 21.11.2026
Hadisə
Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib
18:03 21.11.2026
Cəmiyyət
Tramp Putinin də G20 sammitində iştirakını gözləyir
17:45 21.11.2026
Dünya
ABŞ Rusiyada doğulan şəxsi deportasiya etmək istəyir
17:43 21.11.2026
Dünya
“Şəfa” “Qəbələ”yə qarşı, “Turan Tovuz”dan qələbə - Yenilənir
17:26 21.11.2026
Futbol
“Turan Tovuz” azlıqda “Şamaxı”ya qalib gəldi
16:42 21.11.2026
Futbol
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ verilib
16:28 21.11.2026
Ekologiya
Polşa NATO-nun 4-cü maddəsini işə salmağı nəzərdən keçirir
16:26 21.11.2026
Dünya
Avropa Jurnalistlər Federasiyası Paşinyanı sərt tənqid etdi
16:08 21.11.2026
Siyasət