Dohada Beynəlxalq Süni Zəka konfransı keçirilir

Bu gün Qətərin paytaxtı Dohada Beynəlxalq Süni Zəka konfransı işə başlayıb. “İnsanlığı süni zəka inkişaflarının mərkəzinə qoymaq” şüarı ilə keçirilən tədbirin açılış mərasimində Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani, eləcə də bir sıra nazirlər və yüksək səviyyəli nümayəndələr iştirak ediblər.

AZƏRTAC Qətərin informasiya agentliyinə istinadla xəbər verir ki, açılış mərasimində süni zəka texnologiyasında ərəb dilinin mövqeyini qlobal səviyyədə gücləndirmək məqsədi daşıyan "Fənar" adlı “Ərəb süni zəka layihəsi” təqdim edilib.

İki gün davam edəcək tədbirdə generativ süni zəkanın tətbiqi məsələləri müzakirə ediləcək. Tədbirdə 25 startap öz layihə və qabaqcıl ideyalarını təqdim edir.