Analitik: Azərbaycan "orta güc" (middle power) kateqoriyasında olan ölkədir
08:45 22.02.2024
Aktual
495
Azərbaycanın Qərbdən uzaqlaşdığı, özünü təcrid etdiyi və Avropadan çəkiliyi haqda iddialar səslənirdi. Amma Azərbaycanın Davos və Münhenə dəvəti bir daha göstərdi ki, bu yalançı təbliğatın heç bir əsası yoxdur. Yəni
Azərbaycan bundan sonra da öz milli maraqlarından çıxış edərək balanslı siyasətini davam etdirəcək. Qeyd edək ki,
seçkidən sonra Azərbaycanın nüfuzlu Münhen Təhlükəsizlik Konfransına dəvəti, dövlət və hökumət başçılarının, nüfuzlu təşkilat rəhbərlərinin Prezidentlə görüş üçün çoxsaylı müraciətləri bu seçkilərin nəticələrinə münasibətin təsbitidir.
Azərbaycan artıq “orta güc” ölkələri sırasındadır.
Bu gün Azərbaycanın Ermənistandan başqa heç bir ölkə ilə problemi yoxdur. Bundan sonra da Azərbaycan qlobal siyasətdə daha aktiv rol oynayacaq
Mövzu ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Elmir Səftərov bildirib ki, Prezident İlham Əliyevin 60-cı Münhen Təhlükəsizlik Konfransında iştirak etməsi, orada qarşı tərəfin müraciəti əsasında görüşlər keçirməsi və Azərbaycan həqiqətlərini birbaşa dünya ictimaiyyətinin diqqətinə çatdırması çox önəmli hadisələrdir:
“Bundan əlavə, dövlətimizin başçısı Münhen görüşlərində ATƏT-in qalıqları olan bir sıra mexanizmlərin-Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinin vaxtının çoxdan yetişdiyini vurğuladı. Azərbaycan Prezidenti ölkəmizin uzun illər separatizimdən, işğaldan əziyyət çəkdiyini və bütün problemləri öz gücü ilə, təkbaşına həll etdiyini, ölkəmizə qarşı başlayan təzyiqlərin əsasız olduğunu və dövlətimizin əməkdaşlığa hər zaman açıq olduğunu Almaniyadakı mötəbər konfransda bir daha ifadə etdi. Azərbaycanın 155 ölkə tərəfindən BMT Təhlükəsizlik Şurasına üzv və 120 ölkə tərəfindən Qoşulmama Hərəkatına sədr seçilməsi, həmçinin COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi onu deməyə əsas verir ki, ölkəmiz qlobal səviyyədə hörmət edilən, güvənilən və əməkdaşlığa önəm verən dövlət kimi tanınır. Bu gün Azərbaycan region hüdudlarından kənara çıxan və artıq "orta güc" (middle power) kateqoriyasında olan ölkədir. Bu kimi ölkələr sırasına BƏƏ, İsrail kimi dövlətlər aid edilir”.
Ekspert onu da qeyd edib ki, dövlət başçısının Münhen Təhlükəsizlik Konfransında iştirakı Azərbaycanın xarici siyasətinin qlobal xarakter daşıdığını da göstəri:
“Bunun konturları və istiqamətləri Prezident İlham Əliyevin andiçmə mərasimində də səsləndirildi. Bunun da əsas səbəbi Azərbaycanın nəqliyyat mərkəzi kimi qəbul olunması ilə əlaqəlidir. Prezident İlham Əliyevin konfransdakı iştirakı və inamlı çıxışı Ermənistanın da planlarını pozdu. Eyni zamanda ölkəmizə qarşı növbəti haqsız kampaniyanın qarşısını aldı. Çünki İrəvan bütün beynəlxalq platformalarda Azərbaycanı hədəfə alaraq əsassız iddihamlar səslədirir və mövcud reallığı manipulyasiya edərək dünya ictimaiyyətini aldatmağa çalışır. Bu baxımdan da dövlətimizin başçısının Münhendə iştirakı Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzunun növbəti dəfə göstəricisidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm
Qaş aldırmaq hansı hallarda günah sayılır?
07:19 24.05.2026
Cəmiyyət