
Analitik: Ermənistan anklavları Azərbaycana verməyə məcburdur
13:16 07.05.2025
Aktual
361
Tavuş vilayətində olan anklav kəndlərimizin qaytarılması istiqamətində daha bir addım atılıb. Bu barədə erməni mediası Tavuş vilayətindən olan jurnalist Voskan Sərkisyana istinadla məlumat yayıb. Bildirilib ki, mayın 5-də Tavuş qubernatoru Ayk Qalumyan Ermənistan hökumətinin 23 aprel 2025-ci il tarixli 474-N saylı Qərarı ilə ayrılmış vəsait hesabına vətəndaşlara daşınmaz əmlaka görə kompensasiyaların ödənilməsi üçün komissiyanın yaradılması haqqında qərar qəbul edib: “Qubernator özünü həmin komitənin sədri, Tavuş vilayəti administrasiyasından beş məmuru isə üzv təyin edib. Bəs hökumətin 23 aprel 2025-ci il tarixli 474-N saylı qərarında nə deyilir? Bununla hökumətin “Ermənistan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasını təmin etmək tədbirləri haqqında” 27 dekabr 2024-cü il tarixli qərarın əlavəsinə əlavə və dəyişikliklər edilib. Həmin qərarın 2-ci bəndi məxfidir. Bunun bir mənası ola bilər: 2025-ci ilin dövlət büdcəsinə dəyişikliklər edilib ki, Tavuş vilayətindən Azərbaycana verilən ərazilərin sahiblərinə pul kompensasiyası verilsin”. Vurğulanıb ki, SSRİ dövründə Azərbaycanın anklavı olmuş, “əvvəllər azərbaycanlılar yaşayan” Sofulu, Bərxudarlu, Yuxarı Əskipara kəndləri qaytarıldıqdan sonra bu kəndlərə yollar çəkiləcək, kompensasiya da o yollara görədir. Sərkisyan yazıb ki, təsadüfi deyil ki, son vaxtlar stansiyanın yaxınlığında erməni hərbçiləri əraziləri minalardan təmizləyir və aşkar edilən minalar partladılır.
Siyasi şərhçi Səxavət Məmməd Sherg.az-a açıqlamasında deyib ki, Ermənistan 10 noyabr bəyanatı ilə bağlı öhdəliklər götürmüşdü və 8 kənd məsələsi də var idi:

“Onlardan yeddisi Qazaxın, biri də Naxçıvanın Kərki kəndidir. Qazax istiqamətində kəndlərin dördü qaytarıldı, amma hələ də 3 kənd və Kərki yerində qalmaqdadır. Ermənistan tərəfi də əslində bilir ki, o kəndlər Azərbaycana məxsusdur və geri qaytarmaq lazımdır. Digər tərəfdən indiki mərhələdə Azərbaycanla Ermənistan arasında nə qədər atəşkəs reji Ermənistan tərəfindən pozulur. Azərbaycan tərəfi isə buna adekvat reaksiyalar verir. Bundan əlavə, Azərbaycan tərəfinin mövqeyi ondan ibarət idi ki, əgər Ermənistan bu formada davam edərsə, Azərbaycan Ermənistana ciddi şəkildə cavab verəcək. Bu cavab isə təbii ki, təkcə siyasi deyil, həm də hərbi cavab olacaq idi. Ermənistan tərəfi baş verənlərin hamısının fərqindədir. Onlar anlayır ki, Azərbaycan necə addım ata bilər. Ona görə də Ermənistan həmin kəndləri Azərbaycana verməyə məcburdur. Kəndlərlə bağlı məsələlər onların problemidir, və kompensasiyanı da Ermənistan tərəfi ödəməlidir”.
Ekspert qeyd edib ki, Paşinyan hakimiyyəti Ermənistan daxilində də vəziyyətin kifayət qədər gərgin olduğunu görür:
“Paşinyan hakimiyyətinin üzərinə çox gəlinir. Ona görə də indiki mərhələdə Paşinyan cəhd göstərir ki, bu məsələni bitirsin və Azərbaycanla normallaşmanını yaradaraq təzyiqləri azaltmağa çalışır. Ermənistanın üzərinə götürdüklərini öhdəlikləri yerinə yetirəcəyi ilə bağlı indidən fikir söyləmək çətindir. Çünki Ermənistanda həm revanşist qüvvələr ciddi şəkildə aktivləşib, həm də Qarabağdan köçənlər konkret olaraq fəallaşıblar. Bunların hamısı da Paşinyan hakimiyyətini hədəf götürüblər. İndiki mərhələdə onların ciddi təzyiqlərinin şahidi olacağıq. Ermənistan hökumət müsbət mesaj verərək Azərbaycanla münasibətləri yaxşılaşdırmaq yolunda adımlar atmaq istəyir. Azərbaycan da Ermənistanın bu adımlarından sonra yumşalmaya gedə bilər. Amma prosesləri indidən tam təhlil etmək çətindir. Ermənistan sözügedən kəndləri Azərbaycana qaytarmaqla bağlı səy göstərəcək. Lakin bununla bağlı Paşinyana daxildən və xaricdən ciddi təzyiqlər var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Bəhreyndəki vətəndaşlarını sığınacaqlarda qalmağa çağırıb
19:58 07.04.2026
Dünya
İt dişlədi, həyatı dəyişdi: Məhkəmədə rekord təzminat aldı
19:22 07.04.2026
Hadisə
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
19:10 07.04.2026
Gündəm
Aaron Ramsey 35 yaşında futbolu buraxdı
18:59 07.04.2026
Futbol
Dostunun evindən pul oğurlayıb motosiklet alan şəxs saxlanılıb
18:37 07.04.2026
Hadisə
Netanyahu: İranın dəmir yolları və körpülərinə hücuma başlamışıq
18:30 07.04.2026
Dünya
Dialoq dayandırıldı: Tehran Vaşinqtonla bütün kanalları bağladı
17:56 07.04.2026
Dünya
Vens Orbanın seçkilərdə qalib gələcəyinə əmindir
17:11 07.04.2026
Dünya
Tramp: Bu gecə bütün İran yox olacaq
16:45 07.04.2026
Gündəm
SON DƏQİQƏ: İstanbuldakı terrorçuların kimliyi müəyyənləşdi
16:35 07.04.2026
Gündəm
Azərbaycan qonşu ssenarilərə hazır olmalıdır - Osman Gündüz
16:24 07.04.2026
Aktual
ABŞ İranın Xarq adasındakı hərbi obyektlərə hücum edib - YENİLƏNİB
16:16 07.04.2026
Gündəm
ABŞ və İsrail İranın dəmir yolu şəbəkəsini məhv edir - YENİLƏNDİ
16:08 07.04.2026
Dünya