
Aprel döyüşləri Vətən savaşının başlanğıc nöqtəsidir! – Xalq orduya, ordu da xalqa...
Yusif Nəzərli
13:26 30.03.2023
Aktual
612
"2016-ci ilin aprel ayında baş verən döyüşləri bir neçə formada xarakterizə etmək mümkündür. 1-5 aprel müharibəsi Azərbaycan Ordusunun, hərbçisinin gücü, bilik və bacarığı, silah, texnika parkımızın nümayişi üçün bir meydan oldu".
Bu sözləri "Sherg.az"a hərbi ekspert Ramil Məmmədli Aprel döyüşlərindən danışarkən deyib. O vurğulayıb ki, Azərbaycan əsgəri mübarizə meydanında qalib gələ bildi:

"Eyni zamanda xalqımızın ordu və dövlətimizə olan inamı, etibarı daha da artdı. Ölkənin silahlı qüvvələri öz gücünü, nəyə qadir olduğunu açıq şəkildə göstərdi. Daha bir amil isə dövlətimizin rəsmi İrəvan və erməni cəmiyyətinə vurduğu böyük zərbə idi. Nəticəsini, ağrılarını isə düşmən tərəf 2-3 il sonra yaşadı. 2018-ci ildə artıq orada siyasi qarşıdurmalar baş qaldırdı. Bu gün də həmin proseslər davam etməkdədir. Ordumuz Aprel döyüşlərində taktiki əhəmiyyətli, olduqca mühüm məntəqələri nəzarətə götürdü. Talış kəndi ətrafındakı yüksəkliklər, Lələtəpə yüksəkliyinə üçrəngli bayrağımız sancılıb. Adıçəkilən yüksəkliklər vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması baxımından da zəruri idi. Strateji əhəmiyyət isə 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsi ilə ortaya çıxdı. Silahlı Qüvvələrimiz bir andaca hərəkətə keçərək, həmin istiqamətlərdən uzun illərdir, qurulan müdafiə xəttini darmadağın etdi, sıradan çıxardı. Aprel döyüşləri taktiki, strateji, mənəvi, psixoloji, texniki baxımdan Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı".
Qeyd edək ki, dörd günlük müharibə 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə başlayıb. Aprel döyüşləri 44 günlük Vətən Müharibəsində qazandığımız Zəfərin başlanğıcı, açarı olub. Döyüşlər Azərbaycan əsgərinin qələbəsi ilə nəticələnib. Dörd günlük savaş nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olundu.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə