Azərbaycan Rusiya iqtisadiyyatına 1,2 milyard dollar investisiya yatırıb
Fidan Həmişəyeva
11:27 09.12.2019
Aktual
556
İndiyədək Azərbaycan Rusiya iqtisadiyyatına 1,2 milyard dollar investisiya yatırıb. Bunu Azərbaycan və Rusiya arasında keçirilən İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 18-ci iclasında çıxış edən Azərbaycanın Baş nazirinin müavini, Hökumətlərarası Komissiyasının həmsədri Şahin Mustafayev bildirib.
Onun sözlərinə görə, ötən il iki dövlət arasında ticarət dövriyyəsi 19 faiz, bu ilin 10 ayında isə 23 faiz artıb. Rusiya Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların həcmi 4,9 milyard ABŞ dolları təşkil edir. İki ölkə arasında iqtisadi əlaqələrin inkişafı sahəsində işlər aparılır və onların genişləndirilməsi üçün böyük imkanlar var”.
Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin bildirib ki, iki ölkə arasında rəqəmsal iqtisadiyyatın inkişafına dair yol xəritəsi hazırlanır:
“Altıncı yol xəritəsi olacaq. Bundan əvvəlki beş yol xəritələri üzrə işlər davam etdirilir. Ötən il ölkələr arasında ticarət dövriyyəsində artım müşahidə olunub”.
O qeyd edib ki, yaxın zamanda Samur çayı üzərində körpünün tikintisi başa çatdırılacaq:
“Sərhəd-keçid məntəqəsinin işinin təşkili istiqamətində işlərin aparılması hazırda gündəmdə duran əsas məsələlərdəndir”.
İclasda çıxış edən Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov isə bildirib ki, Azərbaycan Rusiyanın Cənubi Qafqaz regionunda əsas ticari tərəfdaşıdır:
“Rusiyanın Cənubi Qafqaz regionu üzrə ticari əlaqələrinin 45 faizi Azərbaycanın payına düşür”.
İclasın sonunda iki ölkə arasında sənədlər imzalanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya