Azərbaycan TDT ilə bağlı Protokolu təsdiqləyir
Yusif Nəzərli
12:11 03.04.2023
Aktual
384
Azərbaycan “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair Protokolu təsdiqləyir.
“Report” xəbər verir ki, protokolun təsdiq edilməsi barədə qanun layihəsi parlamentin aprelin 4-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.
“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair Protokol 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanıb.
3 oktyabr 2009-cu il tarixində imzalanmış Naxçıvan Sazişinin 21-ci bəndinə uyğun olaraq hazırkı Protokol Sazişin ayrılmaz tərkib hissəsidir və Sazişə müəyyən olunan qaydada dəyişikliklər və əlavələr edir. Həmin dəyişikliklərdən biri, 12 noyabr 2021-ci il tarixli qərarla “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası”nın adını “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilməsini (TDT) və bununla əlaqədar Sazişdə müvafiq dəyişikliklər edilməsini nəzərdə tutur.
Protokola əsasən, elm və təhsil sahəsində əməkdaşlığı, Türk dünyasının ümumi dəyərlərinin yayılması və tanınması, eləcə də Türk mədəniyyəti və irsinin qorunması və təşviqini həyata keçirmək məqsədi ilə Türk Akademiyası, habelə Türk Mədəniyyəti və İrsi Fondu TDT-yə bağlı təşkilatlar kimi fəaliyyət göstərəcəklər.
Eyni zamanda tərəflər Naxçıvan Sazişinin vəzifə və məqsədlərini həyata keçirmək üçün digər təşkilatlar və təsisatlar yarada bilərlər.
Hazırkı Protokol dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında sonuncu yazılı bildirişin depozitari tərəfindən alındığı tarixdən sonrakı otuzuncu gün qüvvəyə minir. Protokolun depozitarisi Türkiyə Xarici İşlər Nazirliyidir.
Protokol bir əsl nüsxədə Azərbaycan, qazax, qırğız, türk, özbək və ingilis dillərində imzalanıb, bütün mətnlər eyni hüquqi qüvvəyə malikdir.
Saziş Türk dünyasında və beynəlxalq arenada əməkdaşlıq və əlaqələndirilmiş fəaliyyətin təmin olunmasında Türk Dövlətlər Təşkilatının rolunun daha da genişləndirilməsinə töhfə verəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə