Bakı Bulvar İdarəsinə sərt tənqid:“Qurbağalar elit sayıldıqlarından...”
Yusif Nəzərli
10:00 28.03.2023
Aktual
360
Millət vəkili Fazil Mustafa həmkarı Razi Nurullayevin Dənizkənarı Milli Parkda başına gələnlərə münasibət bildirib.
Parlament üzvü Feysbuk səhifəsində paylaşdığı yazıda hadisəyə ironik tərzdə yanaşma sərgiləyib:
"Bakı Bulvar idarəsinə aid olan ərazilərdə çəkiliş aparmaq istəyən jurnalistlərin hələ də xəbəri yoxdur ki, burada "məxfi və dövlət sirrinə dair bir sıra məqamlar" var ki, onu göstərmək olmaz. Hələ ötən gün bir deputat həmkarımız da gileylənmişdi ki, ona da bu ərazidə müsahibə verməyə imkan tanınmadı. Hələ bulvar cəhənnəm, bir neçə il öncə bir video müsahibəsi üçün yeri təyin etmişdim Bakı Olimpiya Stadionunun çevrəsindəki parka. Bir də gördüm üfunət iyi gələn gölməçənin həndəvərindən mühafizəçilər tökülüb gəldi ki, bəs burada çəkiliş aparmaq olmaz. Soruşdum ki, nədən? Cavab verdilər ki, gölməçədəki qurbağalar kamera görəndə rahatsız olurlar. Arqument o qədər əsaslı idi ki, müsahibəni yarımçıq qoyub jurnalistdən üzr istəyib hadisə yerindən ayrıldım. İndi ara-sıra həmin məkana yolum düşəndə telefonla da danışmıram ki, birdən oradakı qurbağaların rahatlığını pozmuş olaram. Bakı Bulvar İdarəsinin mühafizəçilərinin görünür səmimiyyəti çatmayıb ki, burada da qurbağaların narahatlığını dilə gətirsinlər".
F.Mustafa bildirib ki, görünür, Bakı Bulvar İdarəsinin himayə etdiyi qurbağalar elit sayıldıqlarından özləri adlarının hallandırılmasını istəməyiblər:
"Sabunçu qurbağaları xalqa daha yaxın gölməçədə yaşadıqlarından onlarda utancaqlıq kompleksi çoxdan ortadan qalxıb. Bir də qurbağaların yaşamadığı xeyli gözəl və yaraşıqlı parklar var, bəlkə çəkilişlərinizi orada aparasınız? Yaxın günlərdə bəlkə yeni qanun layihəsi verməyə zərurət yaranıb? Niyə də olmasın? Adı sadə olacaq: - "Çəkiliş aparmağa və ya müsahibə verməyə icazə verilən parklar və əyləncə məkanları haqqında qanun". Ona görə də, əziz jurnalistlər və siyasətçilər! Qanunsuzluğa baş vurmadan bir az səbrli olun və unutmayın ki, media azadlığı qurbağaların hüququnun pozulduğu yerdə artıq işləyə bilməz".
Qeyd edək ki, ötən gün millət vəkili Razi Nurullayevin Bulvarda jurnalistə müsahibə verməsinə imkan verilməyib. Mühafizəçilər Milli Parkda müsahibə verməyə hazırlaşan deputata xəbərdarlıq edərək ərazidə video-reportajların qadağan edildiyini söyləyiblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual