
Beynəlxalq hüquq KTMT-nin Ermənistan tərəfindən vuruşmasına imkan vermirdi -ŞƏRH
11:49 10.12.2024
Aktual
386
KTMT-nin Ermənistana biganə münasibəti İrəvanı çox məyus edib. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Finlandiyanın “Lannen Media” nəşrinə müsahibəsində bildirib.
Nazir qeyd edib ki, öhdəlikləri olan müttəfiqlər bir-birinə kömək etməlidirlər, hərbi ittifaqın mənası budur. Bu laqeyd münasibət böyük məyusluğa səbəb oldu. Bu, həqiqətən də Ermənistanda ictimai rəyi dəyişdi. Bu, özünəməxsus vəziyyət yaratdı.
Politoloq Natiq Miri “Sherg.az”a vurğulayıb ki, bu Ermənistanın bəhanə üçün formalaşdırdığı nağıldır:

“Belə məsələləri Ermənistan Baş naziri, Xarici İşlər Nazirliyi və Nikol Paşinyanın rəhbərlik etdiyi partiyadan seçilən deputatlar da dilə gətirirlər. Ancaq bunların heç biri həqiqəti əks etdirmir. Çünki 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazisində gedirdi və beynəlxalq hüquqa görə Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Belə olan təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və onun nüvəsi olan Rusiya hansı əsasla Vətən müharibəsində Azərbaycan ərazisinə müdaxilə edib Ermənistan tərəfindən vuruşmalı idi? Beynəlxalq hüquq buna imkan vermirdi və KTMT-nin digər üzvləri buna getməzdi. Rusiya prezidenti Vladimir Putin dəfələrlə söyləyib ki, Qarabağ Azərbaycanın beynəlxalq hüquqa söykənən ərazisidir. Ona görə də beynəlxalq hüquq Qarabağ üçün Azərbaycana qarşı vuruşmaq haqqını Rusiyaya vermirdi. Eyni zamanda Rusiya 10 noyabrda prosesə müdaxilə göstərib vasitəçilik etməklə müharibəni dayandıran yeganə dövlətdir. Bir vasitəçi dövlət savaşa necə müdaxilə edəcəkdi?”.
Ekspert qeyd edib ki, Ermənistan rəhbərliyi 44 günlük müharibə ərəfəsində Rusiyadan ağır hərbi yük təyyarələrinin rəsmi İrəvana silah daşıdığını unudurlar:
“Onların konkret tarixçələri, statistikası mövcuddur və heç kəs inkar edə bilməz. Yardımın məgər buynuzu olur? Ermənistana Rusiya tərəfindən bir milyardlıq silah verilmişdi və rəsmi İrəvan bunun müqavilində rəsmi Moskvaya 1 qəpik belə vermədi. Ermənistan rəhbərliyinin digər iddiası isə guya Azərbaycanın onların ərazilərini işğal etməsidir. Bu cür açıqlamaların da heç bir hüquqi əsası yoxdur və hazırda iki ölkə arasında sülh məsələsinin tərkib hissəsi sayılan sərhədlərin müəyyənləşməsi əsas mövzulardan biridir. Yəni hazırda sərhəd anlayışı mövcud deyil. Sərhəd anlayışın olmadığı bir məkanda Ermənistan hansı əsasla iddia irəli sürür ki, Azərbaycan qoşunlarının durduğu ərazi onlara məxsusdur? Ermənistanın iddiaları boş fərziyələrdən və ittihamlardan baş bir şey deyil. Qərbi sifarişlərini yerinə yetirməyə çalışan Ermənistan rəhbərliyi belə bəhanələr irəli sürməklə Rusiya orbitindən tamamilə çıxdıqlarını göstərməyə çalışlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur
“Tesla” ucuz elektrik avtomobili hazırlayır
12:25 10.04.2026
Dünya
Erməni nümayəndə heyəti Azərbaycana gəldi - FOTO
12:25 10.04.2026
Gündəm
Kerri: Buş, Obama və Bayden İranla müharibədən imtina etmişdi
11:40 10.04.2026
Gündəm
Suraxanı rayonunun bir sıra ərazilərində işıq olmayacaq
11:15 10.04.2026
İnfrastruktur