Biz bütün ssenarilərə hazırıq
Yusif Nəzərli
17:56 25.04.2023
Aktual
321
Azərbaycan sərhəd-keçid məntəqəsi quraşdırmaqla gerçək tarixin necə yazıldığını göz önünə sərdi
"Saxta "soyqırımın" anıldığı 24 apreldən bir gün öncə Azərbaycan dövləti Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi quraşdırmaqla gerçək tarixin necə yazıldığını və nə olduğunu bütün çılpaqlığı ilə göz önünə sərdi". Bunu millət vəkili Sahib Alıyev deyib. Deputat bildirib ki, bununla da saxta "soyqırımı" milli özünütəqdim və özünütəsdiq fürsəti olaraq dəyərləndirənlərə bir daha ayrı-ayrı güclərin əlində geosiyasi alət olmağın perspektivsizliyi başa salındı:
"Bəzi ölkələrdə bu olay Ermənistanın fakt qarşısında qoyulması kimi qiymətləndirilir. Xeyr, bu, Ermənistandan çox, oradakı xəstə təfəkkürlü şəxsləri revanşizmə həvəsləndirən yırtıcı dövlətləri, Azərbaycanın ikinci Qarabağ savaşındakı zəfərini həzm etməyənləri fakt qarşısında qoymaq idi.
Söhbət Fransadan, İrandan və digərlərindən gedir. ABŞ-dəki bəlli çevrələrin və Fransanın Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulmasını pisləyən açıqlamalarını ikili standart yox, məhz ikiüzlülük, gözdən pərdə asmaq kimi qiymətləndirirəm.
Bəyəm onlar üçtərəfli bəyanatın 9-cu bəndini yerinə yetirtməməklə 6-cı bəndin də üstündən xətt çəkdiklərini bilmirdilər? Azərbaycan Prezidentinin hələ 2021-ci ilin dekabrında Brüsseldə Laçın yoluyla Zəngəzur dəhlizinin eyni statusluluğu haqda dediklərini unutmuşdular? Əlbəttə, yox. Beləliklə, cənab İlham Əliyev həm sözügedən dövlətlərə, həm də digərlərinə növbəti dəfə göstərdi ki, biz bütün ssenarilərə hazırıq".
Parlament üzvü diqqətə çatdırıb ki, Böyük Britaniyanın müstəqil tədqiqat qurumlarının hesabatlarında göstərilir ki, Ermənistan ötən il ABŞ-dən, Avropa Birliyindən çip və prosessor alaraq həmin məhsulların 97 faizini Rusiyaya ötürüb:
"Maraqlıdır, başqa dövlətlər Rusiyaya qarşı sanksiyanı azacıq pozarkən üstlərinə yerindiyi halda niyə Ermənistanın bu hərəkətlərinə göz yumulur?! Ermənistanın Rusiyanın proksisi funksiyasını yerinə yetirdiklərini bildikləri halda niyə səslərini çıxarmırlar? Əlbəttə, onları 30 ildə yaxşı tanıdığımızdan suallar ritorikdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-la İran arasında atəşkəs müddəti uzadılıb
01:30 22.04.2026
Dünya
Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir
00:46 22.04.2026
Sağlamlıq
Məşhur aktyor 9 övladı ilə tədbirə qatıldı
00:22 22.04.2026
Şou
Rusiyadan İsrailə: Bu sözlər yersizdir!
23:59 21.04.2026
Dünya
Trampdan sərt xəbərdarlıq: "Avropa yox ola bilər"
23:44 21.04.2026
Dünya
Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub
23:00 21.04.2026
Dünya
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
22:41 21.04.2026
Dünya
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil