"Cümhur İttifaqı" seçkini udacaq
"Cümhur İttifaqı" seçkini udacaq
Yusif Nəzərli
06:28 28.03.2023
Aktual
376
Təsdiqlənmiş namizədlərin hər birinin indiki prezident qarşısında şansı azdır
Hansısa prosesdən dolayı seçki ikinci tura qalsa belə, yenə nəticə dəyişməyəcək
Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkisində 4 nəfərin namizədliyi təsdiqlənib. Türkiyədə prezidentliyə namizəd olmaq üçün imzatoplama kampaniyası martın 27-də başa çatıb. Prezidentliyə namizədliyi təsdiqlənən 4 siyasətçidən biri “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan və altı müxalifət təşkilatının yaratdığı “Millət İttifaqı”nın namizədi, Cümhuriyyət Xalq Partiyasının sədri (CHP) Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır. Qanunvericiliyə əsasən, Ərdoğan və Kılıcdaroğlunun rəhbərlik etdikləri partiyaların Türkiyə Böyük Millət Məclisində deputat fraksiyası olduğuna görə Yüksək Seçki Qurumu onların namizədliyini birbaşa qeydə alıb. İncə və Oğan isə tələb olunan 100 min imzanı toplayıb. Müraciəti qeydə alınmış digər 9 namizəd isə tələb olunan yüz min imzanı toplaya bilməyib. Namizədlərin son siyahısı martın 31-də açıqlanacaq. Aprelin 1-də YSK-da namizədlərin birləşmiş bülletendəki yerlərini müəyyən etmək üçün püşkatma olacaq. Türkiyənin 81 əyalətində 195 min seçki məntəqəsi fəaliyyət göstərəcək və 64 milyondan çox seçici səs verəcək. Əgər səsvermənin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməzsə, mayın 28-də prezident seçkilərinin ikinci turu baş tutacaq. Qeyd edək ki, sabiq baş nazir Necmeddin Erbakanın oğlunun rəhbərlik etdiyi Yenidən Rifah Partiyasının sədri Fatih Erbakan və Hür Dava Partiyası da Ərdoğanın namizədliyini dəstəklədiklərini açıqlayıb.
Politoloq Turab Rzayev "Şərq"ə bildirib ki, böyük ehtimalla Türkiyədə prezident və parlament seçkilərinin nəticəsi ilk turda bəlli olacaq. Onun fikrincə, böyük ehtimalla ilk turda 50 faizdən bir qədər yuxarı səslə "Cümhur İttifaqı" seçkini udacaq: "Təsdiqlənmiş namizədlərin hər birinin indiki Prezident R.T.Ərdoğan qarşısında şansı azdır. Fövqəladə hal olmazsa, Ərdoğanın yenidən seçilmə şansı yüksəkdir. Hansısa prosesdən dolayı seçki ikinci tura qalsa belə yenə nəticə dəyişməyəcək. HDP və digər partiyaların dəstəyinin CHP sədri Kamal Kılıçdaroğlunun səsini artıracağını da düşünmürəm. Çünki prezident seçkiləri parlament seçkisindən fərqlidir və burada səslərin normal toplanması baş vermir. Yəni CHP-nin 30 faiz səsi ilə digər partiyaların 25 faiz səsi ümumilikdə 55 etmir və ümumi səs bölünür. Seçki ikinci tura qalarsa, HDP-nin dəstəkləyəcəyi Kılıçdaroğluna millətçi və mühafizəkar kəsimin böyük hissəsi səs verməyəcək. Nəzərə alaq ki, "Millət İttifaqı"nın vahid namizədi, CHP sədri Kamal Kılıçdaroğlu bundan əvvəlki seçkilərin hamısında məhz Ərdoğana uduzub. Əgər seçici Kılıçdaroğlunu əvvəlki seçkilərdə rəhbərliyə məsləhət bilməyibsə, budəfəki seçkidə nəticə fərqli olmayacaq. Əksinin baş verməsi həqiqətən qəribə və anlaşılmaz olardı".
T.Rzayev vurğulayıb ki, namizəd müəyyənləşən dövrdə əksər anketlərdə, rəy sorğularında İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu və Ankara bələdiyyə rəhbəri Mənsur Yavaşın adı Kılıçdaroğlundan öncə gəlirdi və Ərdoğanla seçki yarışında daha şanslı görünürdülər: "Hətta CHP-yə yaxın şirkətlərin anketlərində belə Kılıçdaroğlu aşağı səs toplayırdı. Buna rəğmən, K.Kılıçdaroğlunun vahid namizədliyi önə sürüldü. Məmləkət Partiyasının sədri Məhərrəm İncənin CHP-nin səslərini böləcəyi ehtimalı böyükdür. Səslərin müəyyən hissəsi İncəyə gedəcək. Məhz bu amil Kılıçdaroğlunun ziyanına işləyəcək. Sinan Oğanın namizədliyi təsdiqlənsə də, səs faizinin yüksək olacağını düşünmürəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual