Deputat üzürxahlıq gözləyir:"Onlarla başqa dildə danışmaq..."
Yusif Nəzərli
11:20 28.03.2023
Aktual
428
Deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev bugünlərdə Ağ şəhər bulvarında müsahibə vermək istəyərkən ona icazə verilməyib.
Qurumun işçiləri deputatı tanıdıqlarını, hörmət etdiklərini desələr də çəkilişin qadağan olunduğunu deyiblər. Bu barədə deputat “Facebook” hesabında yazıb.
Partiya sədri işçilərin Bulvar İdarəsinin rəhbərliyinə zəng etdikdən sonra da müsahibənin həmin ərazidə aparılmasına icazə verilmədiyini qeyd edib.
Mövzu ilə bağlı “Sherg.az"a açıqlama verən millət vəkili bildirib ki, Milli Məclisin deputatına bulvarda niyə müsahibə vermək qadağandır sualına hələ də cavab tapa bilməyib:
"Mənə bununla bağlı heç bir açıqlama və ya üzürxahlıq zəngi edilməyib. Əksinə dünən bir açıqlama yayıblar ki, biz deputatımız üçün bütün lazımi şəraiti yaratmışıq. Üzürxahlıq və izahat vermək bir tərəfə, hələ ictimaiyyətə yalan xəbər də yayırlar. Bir dövlət qrumuna belə yalan məlumatlar yaymaq yaraşmır".
Deptutat onu da vurğulayıb ki, bu məsələni ona görə ictimailləşdirir ki, belə hallar bir daha təkrarlanmasın:
“Mənim onlardan üzürxahlıq tələb etmək haqqımdır. Mən bu istəyimə mədəni şəkildə çatmaq istəyirəm. Biz bir-birimizə düşmən deyilik ki, başqa şəkildə danışaq. Bir səhv ediblər və səhvlərini düzəltməlidirlər. Səhvlərini boyunlarına alıb üzürxahlıq etməlidilər. Onları məhkəmə ilə təhdid etmək və ya başqa dildə danışmaq mənə yaraşmaz".
Nihad Kərimli
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual