Deputatdan nikbin açıqlama:“Yekun sülhün imzalanması...”

Brüsseldə baş tutan üçtərəfli görüşdən sonra Nikol Paşinyan İrəvanda görüş keçirib. Bu barədə “Past” qəzeti məlumat yayıb. Məlumatda Paşinyanın sülh sazişinin mətn hissəsi üzərində işi sürətləndirməyi tapşırdığı qeyd olunub. Sazişin ilkin variantı noyabrın ortalarına qədər hazır olmalıdır.

Millət vəkili Fazil Mustafa bu haqda “Sherg.az”a danışıb. O qeyd edib ki,   Paşinyan bundan öncə də ilin sonuna qədər tərəflər arasında yekun sülhün imzalanacağını deyib. 

Ermənistan artıq başa düşüb ki, sülhə gəlməsə, Azərbaycanın daha da sərt təpkisi ilə qarşılaşacaq. 

Onun hazırda belə bir tapşırıq vermə ehtimalı olduqca böyükdür. Yekun sülhün imzalanması isə artıq tamamilə gözlənilən bir prosesdir”.