DTX daha dərin qatlarda! – “İran təsir agentləri hədəfə alınır”
Yusif Nəzərli
15:32 31.03.2023
Aktual
722
Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir.
“MOUZE” “Telegram” kanalının məlumatına görə, İranın molla rejiminə xidmət edən daha bir neçə nəfər saxlanılıb.
Onlar “Müsəlman Birliyi Hərəkatı”nın üzvü Fədail Şükürov, Şəmkir sakinləri - Yavər İsmayılzadə, Anar Şöhləyev, Vüsal və İlyas adlı şəxslərdir.
Həmçinin Qeyd edək ki, dünən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində üç iranpərəst dindar saxlanılıb.
Onlar - Şeyx İmran Ələsgərov, Alik Aslanov və Nicat Ağayevdir.
Hadisəni "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Turab Rzayev vurğulayıb ki, İranla Azərbaycan arasında siyasi gərginlik davam etdikcə bu cür əməliyyatların sayı artacaq:
"Çünki cənub qonşumuz bizi açıq şəkildə təhdid edir. Bu günlərdə Azərbaycan sərhəddinin sıfır bölgəsində uçuşlar keçirməsi və sərhədlərin dəyişməsi bizim qırmızı xəttimizdir deməsi bunun bariz nümunəsidir. Həmçinin İran Müdafiə Nazirliyinin nümayəndəsi Azərbaycanı sionist yuvası adlandırıb. Hətta Azərbaycan XİN-i və Müdafiə nazirliyi bu hadisələrlə bağlı bəyanat da verib. Ona görə ki, bu açıqlamalar Azərbaycan-İran əlaqələrinə zərbə vurur. Cənub qonşumuzun bizə qarşı həm xaricdən, həm də daxildən təxribatlar hazırlayır. Daxildəki təxribatların qarşısını almaq üçün isə hüquq mühafizə orqanlarının bu cür əməliyyatları daha da sürətləndirəcəyini düşünürəm. Yəni İranla bağlantılı olan, daxildə təxribat törədə biləcək silahlı və ya silahsız şəxslər zərərsizləşdirilir. Bunu təbii qəbul etmək lazımdır. Ümumiyyətlə əməliyyatlar həm kəmiyyət, həm miqyas, həm də keyfiyyət baxımdan artacaq. Hətta DTX-nın daha dərin qatlara nüfuz edərək İran təsir agentlərinin hədəfə alınması da gözləniləndir.Eyni zamanda bu əməliyyatların Azərbaycan və İran arasındakı münasibətlərin xarakterindən asılı olaraq dəyişəcəyini də ehtimal edirəm. Çünki əgər cənub qonşumuzun həqiqətən də təxribatlara son qoyarsa və Ermənistan-Azərbaycan arasındakı sərhəd münaqişəsində erməniləri dəstəkləməyə davam etməyərək ikili münasibətlərin normallaşmasında səmimi olarsa bu cür əməliyyatların kəmiyyəti azalacaq. Yox əgər onlar bizə qarşı olan düşmən tutumunu artan sürətlə davam etdirəcəklərsə, o zaman Azərbaycanda sabitliyi təmin etmək üçün təhlükəsizlik xidmətləri İran təsir agentlərini zərərsizləşdirməyə məcbur olacaqlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə