Düşmən mövqelərimizi atəşə tutur! - “Qisas” kimi növbəti əməliyyatlar...”
Yusif Nəzərli
12:32 06.09.2022
Aktual
797
Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri intensiv atəşə tutulub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Xəbərdə qeyd edilib ki, sentyabrın 5-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Əzizli yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zivel və Yellicə yaşayış məntəqələri istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif növ atıcı silahlardan atəşə tutub.
Vəziyyəti dəyərləndirən ehtiyatda olan polkovnik Şair Ramaldanov “Sherg.az”a bildirib ki, istər danışıqlar olsun, istərsə də hansısa sənədlər imzalansın Ermənistan üçün heç fərqi yoxdur. Azərbaycanın İkinci Qarabağ savaşında qələbə qazanmasından iki ilə yaxın vaxt keçir. Ortada üçtərəfli bəyanat var. Buna rəğmən sərhəddə erməni təxribatlarının sayı azalmır:
“Son həftədə atəşkəsin pozulmadığı bir gün belə yoxdur. Prinsip cəhətdən bu Azərbaycan Ordusu üçün təəccüblü deyil. Biz indiyə kimi hər şeyə öz gücümüz hesabına nail olmuşuq. Ermənistanı da hazırkı nəticələrə məcburən gətirib çıxarmışıq. Onlar istər sərhədlərin delimitasiya demarikasiyası, istərsə də sülh müqaviləsi işinin başladılmasına məcbur olublar. Azərbaycanın mövqeyi haqlı mövqedir. Rəsmi Bakı üçtərəfli bəyannamənin tələblərinə uyğun hərəkət edir. Ermənistan isə ona əks bir mövqe tutur.
Bütün prosesi əngəlləməyə, uzatmağa çalışır. Atəşkəsin pozulması da məhz bu məqsədlə həyata keçirilir. Son zamanlar Azərbaycanın diplomatiya sahəsindəki uğurları Ermənistan hakimiyyətində qıcıq yaradır. Beləcə orda müxalifət, radikal qüvvələr aktivləşir. Proseslərdə bu da gözlənilən idi. Azərbaycan Orusu indi də istənilən təxribatın qarşısını almağa hazırdır.
Ona görə də lazım gəldikdə, qərar qəbul olunduqda “Qisas əməliyyatı” kimi növbəti əməliyyatları da həyata keçirəcək. Sərhəddə baş verəcək istənilən təxribata məqsədindən asılı olaraq Azərbaycan tərəfi adekvat cavab verəcək.
Rəsmi Bakı artıq Qarabağda Azərbaycan maraqlarının təmin edilməsinə start verib. Bunun davamı da olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm
Tramp: İran artıq təhlükəli deyil, müharibə tezliklə bitəcək
11:16 08.10.2026
Gündəm
Pilotlar qəsdən törədib: 20 il ərzində 800-dən çox insan ölüb
11:15 08.10.2026
Hadisə
Yaponiya ölkəyə nüvə silahı gətirir
10:57 08.10.2026
Dünya
Dodon: Moldova müharibəyə yaxınlaşır
10:43 08.10.2026
Dünya
Maduronun həyat yoldaşı həbsdən azad edilməsini istəyir
10:43 08.10.2026
Dünya
İlham Əliyev Türkmənbaşı şəhərində "Avaza" Kompleksinə gəlib
10:27 08.10.2026
Gündəm