
“Ermənilərin Qarabağdakı bazaları vurulmalıdır” - Təxribata son!
“Ermənilərin Qarabağdakı bazaları vurulmalıdır” - Təxribata son!
Yusif Nəzərli
14:08 14.10.2021
Aktual
1052
“Əgər vurulmasını istəmirlərsə, rus "sülhməramlıları" həmin ərazilərdəki ermənilərin çıxarılması üçün qəti addımlar atmalıdır”
“Rusiya etməsə, Azərbaycan tərəfi deməlidir ki, buna qarşı adekvat addım atacağıq"
“Nə vaxt Ermənistan baş naziri Nikol Paşinyan Rusiyaya səfər edirsə, onun ardınca təxribatlar daha da artır”
Xəbər verdiyimiz kimi, Azərbaycan Müdafiə Nazirliyi yeni məlumat yayıb. Bildirilib ki, oktyabrın 14-də Füzuli rayonu istiqamətində kəşfiyyat məqsədilə Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilərək ələ keçirilib.
Ermənilər 44 günlük Vətən müharibəsinin yaratdığı reallıqla barışmaq istəmirlər. Azərbaycanın xoşməramlı addımlarına baxmayaraq, onlar təxribat hərəkətlərdən əl çəkmirlər.

Mövzu ilə bağlı “Sherg.az”a danışan "Atlas" Araşdırmalar Mərkəzinin eksperti, politoloq Samir Hümbətov deyib ki, 10 noyabrda imzalanan üçtərəfli bəyanatın şərtlərinə əsasən, Rusiya sülhməramlılarının funksiyası tərəflər arasında uzun müddətli atəşkəsin qorunub saxlanılmasıdır:
"Amma "Rus sülhməramlıları "sülhməramlı" deyil. Görünür ki, onların qanundan kənar əsas vəzifəsi Qarabağda məskunlaşan ermənilərin izolyasiya prosesini davam etdirməkdir. Sülhməramlılar azərbaycanlılara qarşı basqı etməyə çalışır. Onlar imkan versə, ermənilər azərbaycanlılarla normal münasibət saxlaya bilər".
S.Hümbətov ermənilərin təxribatlara davam etməsinin bir gerçəklik olduğunu diqqətə çatdırıb:
"Bu təsadüfdürmü, yoxsa daimi vəziyyətdir, bilmirəm. Nə vaxt Ermənistan baş naziri Nikol Paşinyan Rusiyaya səfər edirsə, onun ardınca təxribatlar daha da artır. Qarabağ ərazisində ermənilərin hələ də qalan postları məhv edilməli, bazaları vurulmalıdır. Əgər vurulmasını istəmirlərsə, rus "sülhməramlıları" həmin ərazilərdəki ermənilərin çıxarılması üçün qəti addımlar atmalıdır. Rusiya etməsə, Azərbaycan tərəfi deməlidir ki, buna qarşı adekvat addım atacağıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə zəncirvari qəza: 14 nəfər yaralandı
19:03 21.11.2026
Hadisə
Aktrisa boşandığı həyat yoldaşı ilə yenidən bir arada - FOTO
18:51 21.11.2026
Şou
Zelenski: ABŞ Ukrayna və Rusiya ilə yeni danışıqlar planlaşdırır
18:36 21.11.2026
Dünya
Kral III Çarlz Türkiyəyə COP31-ə ev sahibliyinə görə təşəkkür etdi
18:32 21.11.2026
Aktual
Qazaxda kişi dəm qazından boğularaq ölüb
18:21 21.11.2026
Hadisə
Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib
18:03 21.11.2026
Cəmiyyət
Tramp Putinin də G20 sammitində iştirakını gözləyir
17:45 21.11.2026
Dünya
ABŞ Rusiyada doğulan şəxsi deportasiya etmək istəyir
17:43 21.11.2026
Dünya
“Şəfa” “Qəbələ”yə qarşı, “Turan Tovuz”dan qələbə - Yenilənir
17:26 21.11.2026
Futbol
“Turan Tovuz” azlıqda “Şamaxı”ya qalib gəldi
16:42 21.11.2026
Futbol
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ verilib
16:28 21.11.2026
Ekologiya
Polşa NATO-nun 4-cü maddəsini işə salmağı nəzərdən keçirir
16:26 21.11.2026
Dünya
Avropa Jurnalistlər Federasiyası Paşinyanı sərt tənqid etdi
16:08 21.11.2026
Siyasət