
Ermənistan "oyunpozanlıq" etməməlidir: Azərbaycan 6 aya Zəngəzur dəhlizini işlək vəziyyətə gətirə bilər
11:17 12.12.2024
Aktual
512
Xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycan öz ərazisində işləri sürətlə davam etdirir, Araz körpüsünün tikintisi davam edir. Nazir bildirib ki, Ermənistanın öz öhdəliklərini yerinə yetirməsi ilə bağlı son müsbət qərar yoxdur.
Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a vurğulayıb ki, Azərbaycan bu məsələləri həll etmək problemli deyil:

“Əvvəldən də həmin məsələlərlə bağlı heç bir çətinliyimiz yox idi. Dövlətimiz kifayət qədər səfərbər olunur, çox qısa müddətdə bötük layihələri icra edirik. Həmçinin Qarabağın, Şərqi Zəngəzurun dirçəldilməsi üçün böyük işlər görülür. Zəngəzur dəhlizinə Azərbaycan tərəfindən keçən hissəsi isə bizim üçün həll çətin olmayan məsələlərdən biridir. Faktiki olaraq Azərbaycan həmin yolu tikintisini qurtarıb. Geriyə isə Ermənistan tərəfində olan hissə qalıb. Ermənistan isə özünün sıxıntılı halında həmin yolu Azərbaycan kimi sürətlə tikə bilməyəcək. Amma əsas məsələ Zəngəzur dəhlizi ilə bağlı qərarın verilməsidir. Ermənistan bu qərarı verərsə, hətta Azərbaycan kredit şərtləriylə yolun qalan hissəsini özü də tikə bilər. Yaxud da Zəngəzur dəhlizinə aid ərazi Azərbaycana icarə verilir və rəsmi Bakı öz maliyyəsi hesabı yolu tikir. Daha sonra Azərbaycan Ermənistanın hansısa müdaxiləsi olmadan həmin yoldan istifadə edir. Ona görə də Ermənistan vaxtı itirməməli və Azərbaycan üçün yaşıl işıq yandırılmalıdır ki, tezliklə işə başlasın. Əgər qərar verilsə, Azərbaycan təxminən 6 ay içində Zəngəzur dəhlizini işlək vəziyyətə gətirəcək. Bundan təkcə Azərbaycan-Ermənistan deyil, eyni zamanda Türkiyə, İran, Rusiya, Avropa və Şərq ölkələri istifadə edə biləcəklər. Buna görə də Ermənistan "oyunpozanlıq" etməməlidir. Onsuz da Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın alternativ variantları var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol
Prezident İlham Əliyev Zelenskini təbrik edib
11:08 24.08.2026
Gündəm
İranda benzin bahalaşacaq
11:05 24.08.2026
Region
İranın qonşu ölkələrə hücumu ilə bağlı xəbərdarlıq edildi
10:37 24.08.2026
Dünya
Böyük Britaniyanın Baş naziri Kiyevə səfərə gedib
10:20 24.08.2026
Gündəm
Ukrayna Dağıstana hücum etdi
10:04 24.08.2026
Dünya